Hilal İmanzadə

Vikipediya saytından
Ruslan9519 (müzakirə | töhfələr) (Şəhid Hilal İmanzadə) tərəfindən edilmiş 15:34, 15 yanvar 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Hilal İmanzadə
Fayl:HilalImanzade.jpg
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Beyləqan, Azərbaycan
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Cəbrayıl, Azərbaycan
Dəfn yeri Beyləqan, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Silahlı Qüvvələr
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2016 - 2020
Rütbəsi Gizir
Döyüşlər Vətən müharibəsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Cəbrayılın azad olunmasına görə" medalı — 2020

Hilal İmanzadə (tam adı: Hilal Sabir oğlu İmanzadə; 23 Dekabr 1995; Beyləqan, Azərbaycan — 01 Oktyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsinin şəhidi.

Həyatı

Hilal İmanzadə 1995-ci il 23 Dekabr Beyləqan rayonunun Mil qəsəbəsində, Sabir İmanzadənin ailəsində anadan olub.[1] 2002-2013-ci illərdə Sabunçu rayonunun 215 nömrəli tam orta məktəbində təhsil alıb. Subay idi.

Hərbi xidməti

Hilal İmanzadə 2013-2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətini bitirmişdir. Hərbiyə olan həvəsi onu yenidən hərbiyə yönəltmişdir. 2016-cı ildə Azərbaycan Respublikası Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsində hərbi xidmətə başlayıb. 2019-cu ildə Türkiyə Silahlı Qüvvələrində snayper kursunda iştirak edib və 14 ölkənin xüsusi təyinatlıları içərisində 1-ci yeri qazanıb. Sonda xidmətlərinə görə 2020-ci ildə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrə seçilib.

Hilal İmanzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Snayper kimi düşmənin qorxulu yuxusuna çevrilib. Dörd gün ağır döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Cəbrayıl rayonu istiqamətində oktyabrın 1-də səhər saatlarında yanına düşən mərminin qəlpələrindən yaralanaraq şəhidlik zirvəsinə ucalıb. Beyləqan rayonu şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi vəzifə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hilal İmanzadə ölümündən sonra "Vətən uğrunda" medalı"Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[2]

Təltifləri


İstinadlar

  1. "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.)). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.

Şablon:2-ci Qarabağ müharibəsinin şəhidləri