Ariz Məhərrəmov

Vikipediya saytından
Grenzsoldat (müzakirə | töhfələr) (→‎Təltifləri) tərəfindən edilmiş 20:25, 2 fevral 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Ariz Məhərrəmov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qara Nuru, Saatlı, Azərbaycan SSR
Vəfat tarixi (37 yaşında)
Vəfat yeri Suqovuşan, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Silahlı Qüvvələri
Qoşun növü Fayl:Azərbaycan Respublikası Quru Soşunları.png Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Gizir
Döyüşlər Vətən müharibəsi
 • Suqovuşan döyüşləri
Təltifləri

Ariz Məhərrəmov (azərb. Məhərrəmov Ariz Fərzulla oğlu;‎)10 dekabr 1982, Krasnoselski, Saatlı rayonu20 oktyabr 2020, Tərtər rayonuAzərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan giziri, Vətən müharibəsi şəhidi[1]

Həyatı

Məhərrəmov Ariz Fərzulla oğlu 10 dekabr 1982-ci ildə Saatlı rayonunun Qara Nuru kəndində ziyalı ailəsində anadan olmuşdur. Qara Nuru kənd orta məktəbini bitirmişdir.[2]

Ailəli idi, İki övladı yadigar qaldı.

Hərbi xidməti

Hərbi xidmətini Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı bölüyündə keçirib. Əsgərliyini bitirdikdən sonra evdən gizli gedib gizirlik kursunu oxuyub. Gizirlik kursunu fərqlənməylə bitirdikdən sonra, Bakıda N saylı hərbi hissədə idman rəisi (sərbəst döyüş üzrə təlimatçı) vəzifəsində xidmət edib. Sonra könüllü döyüş bölgəsinə yollanıb. Döyüş bölgəsində hərbi hissənin kəşfiyyat bölüyündə baş çavuş kimi xidmət edib. Xidmət dövründə atıcılıq üzrə orduda bir neçə dəfə birinci yerə çıxıb. Silahlı Qüvvələrdə ilk dəfə "İstiqlal" snayper tüfəngini düşmənin canlı qüvvəsi üzərində sınaqdan keçirdib. 2014-cü ilədək düşmənin 31 canlı qüvvəsini məhv etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılıb.

2015-ci ildə səhhətində yaranmış sağlıq problemlərinə görə ehtiyata buraxılmışdır.

Azərbaycan Ordusunun ehtiyyatda olan giziri olan Ariz Məhərrəmov 27 sentyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə könüllü iştirak etmişdir. 29 sentyabr Suqovuşan kəndi uğrunda döyüşlərdə şəhid olmuşdur.

20 oktyabrın 2020-ci ildə kənd məzarlığında dəfn olunmuşdur.

Təltifləri

İstinadlar

  1. Azərbaycan İkinci Qarabağ Müharibəsində şəhid olmuş hərbi qulluqçularının siyahısını yeniləyib
  2. Düşmənin 33 hərbçisini məhv edən şəhid snayperimiz (FOTO)
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.

Şablon:2-ci Qarabağ müharibəsinin şəhidləri