Şahmar Hüseynov (mühəndis)

Vikipediya saytından
Sura Shukurlu (müzakirə | töhfələr) tərəfindən edilmiş 21:57, 6 mart 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Şahmar Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi (50 yaş)
Doğum yeri Azərbaycan Respublikası
Partiya Yeni Azərbaycan Partiyası
Təhsili Azərbaycan Dövlət Neft Akademiyası (indiki - ADNSU)
İxtisası Neft-qaz yataqlarının işlənməsi və istismarı, dağ mühəndisi
Elmi fəaliyyəti
Elmi dərəcəsi texnika üzrə fəlsəfə doktoru

Təltifləri "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı — 2017
"Tərəqqi" medalı — 2008
socar.az/socar/az/info/p…

Şahmar Şəmistan oğlu Hüseynov (2 mart 1974, Azərbaycan) — "Azneft" İstehsalat Birliyinin baş direktoru.[1][2]

Həyatı

Şahmar Hüseynov 2 mart 1974-cü ildə Azərbaycan Respublikasında anadan olmuşdur.[mənbə göstərin] O, 1991–1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki — ADNSU) "Neft-qaz yataqlarının işlənməsi və istismarı" fakültəsində təhsil alıb.

Şahmar Hüseynov 1991-1996-cı illərdə "Leninneft" Neft-Qaz Çıxarma İdarəsində mexaniki yığma işləri üzrə çilingər, 1991-2010-cu illər arasında isə "Balaxanıneft" Neft-Qaz Çıxarma İdarəsinin müxtəlif vəzifələrində işləmişdir. 2010–2012-ci illərdə "Siyəzənneft" Neft-Qaz Çıxarma İdarəsində baş mühəndis, 2012–2013-cü illərdə H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin rəisi, 2013-2019-cu illər arasında isə Abşeronneft NQÇİ-nin rəisi vəzifəsində çalışan Şahmar Hüseynov 27 dekabr 2019-cu ildən etibarən "Azneft" İstehsalat Birliyinin baş direktoru təyin edilmişdir.[1][2]

Şahmar Hüseynov həm də bir çox elmi əsərlərin də müəllifidir.[3] 2018-ci ildə "Neft, qaz quyularında süzgəc zonanın əlverişli vəziyyətdə saxlanmasını həyata keçirən texnika və texnologiyanın elmi əsaslarla işlənməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru adını almışdır.[mənbə göstərin] O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən neftin sənaye üsulu ilə hasilatının 160 illiyi ilə əlaqədar olaraq ölkənin neft sənayesinin inkişafındakı xidmətlərinə görə 18 sentyabr 2008-ci il sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmiş,[4] 19 sentyabr 2017-ci ildə isə prezidentin eynitarixli sərəncamı ilə neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Əməkdar mühəndis" fəxri adına layiq görülmüşdür.

Şahmar Hüseynov ailəlidir, iki övladı var.

İstinadlar

  1. 1 2 "Şahmar Hüseynov "Azneft"ə baş direktor təyin olundu". modern.az. 27 dekabr 2019. 2022.03.07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022.03.07.
  2. 1 2 "Struktur". socar.az.
  3. Hüseynov Şahmar Şəmistan oğlunun həmmüəlliflərlə birlikdə dərc etdirdiyi elmi işlərinə şəxsi töhfəsi haqqında arayış
  4. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.