Əbdüllətif Şirvani

Vikipediya saytından
Solavirum (müzakirə | töhfələr) (HotCat vasitəsilə Kateqoriya:XVII əsr rəssamları əlavə olundu) tərəfindən edilmiş 19:06, 10 fevral 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Əbdüllətif Şirvani
Doğum tarixi XVI əsr və ya 1556
Vəfat tarixi 1602
Fəaliyyəti xəttat

Əbdüllətif Şirvani (az-əbcəd. ابدوللتیف شیروانی‎; XVI əsr və ya 15561602) — XVI əsr Azərbaycan xəttatı.

Bəzi mənbələrə görə, 1556-cı ildə anadan olmuşdur,[1] lakin digər mənbələr daha erkən tarixə işarə edir.[2] Nəstəliq xəttinin mahir ustalarından olmuşdur. 1530–1560 illərdə Şamaxıda, 1560 ildən sonra isə İstanbulda fəaliyyət göstərmişdir. Əbdüllətif Şirvani tərəfindən üzü köçürülmüş Sədinin "Bustan" (1539) və "İstanbulda baş vermiş daşqın haqqında hekayə" (1563–1564) əsərlərinin əlyazma nüsxələri Topqapı muzeyində (İstanbul) saxlanılır.[2][3] 1602-ci ildə vəfat etmişdir.[1]

  1. 1 2 Tahirova, N. Qəmbərova, Ş. (redaktor). Azərbaycanın ədəbiyyat paytaxtı Şamaxı: tövsiyə biblioqrafiyası (az.). Bakı 2016: F. Köçərli adına Respublika Uşaq Kitabxanası. səh. 10.
  2. 1 2 Әбдүлләтиф Ширвани // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 126.
  3. Əbdüllətif Şirvani // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar – Fedin. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. 598 səh.