Əbdüllətif Şirvani (az.-əski. ابدوللتیف شیروانی; XVI əsr və ya 1556 – 1602) — XVI əsr Azərbaycan xəttatı.
Əbdüllətif Şirvani | |
---|---|
Doğum tarixi | XVI əsr və ya 1556 |
Vəfat tarixi | 1602 |
Fəaliyyəti | xəttat |
Bəzi mənbələrə görə, 1556-cı ildə anadan olmuşdur,[1] lakin digər mənbələr daha erkən tarixə işarə edir.[2] Nəstəliq xəttinin mahir ustalarından olmuşdur. 1530–1560 illərdə Şamaxıda, 1560 ildən sonra isə İstanbulda fəaliyyət göstərmişdir. Əbdüllətif Şirvani tərəfindən üzü köçürülmüş Sədinin "Bustan" (1539) və "İstanbulda baş vermiş daşqın haqqında hekayə" (1563–1564) əsərlərinin əlyazma nüsxələri Topqapı muzeyində (İstanbul) saxlanılır.[2][3] 1602-ci ildə vəfat etmişdir.[1]