Asəf Orucoğlu

Vikipediya saytından
TgrlBot (müzakirə | töhfələr) (→‎top: şablon parametrləri) tərəfindən edilmiş 11:18, 26 fevral 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Asəf Orucoğlu
Asəf Oruc oğlu Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 21 oktyabr 1967(1967-10-21)
Doğum yeri
Vəfat tarixi 2018
Vəfat yeri
Vəfat səbəbi İnfarkt
Təhsili
İxtisası Hüquq
Fəaliyyəti Jurnalistika, ədəbi yaradıcılıq, siyasət
Atası Oruc Əliyev

Asəf Orucoğlu, Asəf Qaya, Asəf Əliyev (Əliyev Asəf Oruc oğlu; 21 oktyabr 1967, Daşkəsən2018, Bakı) — "Millət" qəzetinin redaktoru və baş redaktoru, MSK-nın sabiq üzvü.[1]

Asəf Orucoğlu 1967-ci ildə Daşkəsən şəhərində anadan olub. Atası Göyçə mahalının Kəsəmən kəndindəndir. 1985–1987-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub.

2018-ci ilin sentyabr ayının 6-da Bakıda vəfat etmişdir.[2]

1984-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirib. 1996-cı ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsini fərqlənmə diplomu ilə bitirib.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Asəf Orucoğlu "Millət" qəzetində jurnalist və baş redaktor, AMİP-də mətbuat katibi, mətbuat və təbliğat məsələləri üzrə katib, "Araşdırma və proqnoz şöbəsi"nin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat katibi işləyib.[2]

2003–2005-ci illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olub.[1]

Ədəbi yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Asəf Qaya imzası ilə şeirlər yazırdı. 300-ə yaxın şeirin müəllifidir.[3]

  1. 1 2 3 "Keçmiş baş redaktor, MSK-nın sabiq üzvü vəfat etdi". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-06.
  2. 1 2 "MSK-nın sabiq üzvü vəfat etdi". 2021-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-06.
  3. "Asəf Oruc oğlu Əliyev (QAYA)". 2021-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-06.