Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsiBakı Dövlət Universitetinin fakültələrindən biri.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi
Bakı Dövlət Universiteti
Yaradılma tarixi 1991
Dekan Laçın Abışlı
Yerləşməsi
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı Bakı
Ünvan

Akademik Zahid Xəlilov küçəsi - 23

BDU, 1 saylı Tədris Binası, AZ 1148
Digər məlumatlar
Sayt irl.bsu.edu.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bakı Dövlət Universiteti Elmi Şurasının tarixi qərarı əsasında 1991/92-ci tədris ilindən yeni bir fakültə – Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi yaradıldı. Fakültənin tələbə kontingenti həmin ixtisaslar üzrə ilkin qəbulun, eləcə də BDU-nun Hüquq fakültəsinin beynəlxalq hüquq ixtisası və Tarix fakültəsinin və Lənkəran Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələri hesabına formalaşdırıldı.

Bolonya təhsil sisteminə keçidlə əlaqədar olaraq, fakültədə bir sıra struktur dəyişiklikləri aparılmışdı. 2011-ci ildə ilk əvvəl beynəlxalq hüquq ixtisası üzrə təhsil alan tələbələr Hüquq fakültəsinə köçürülmüşdü. 2011-ci ildə Sosial elmlər və psixologiya fakültəsinin tərkibində olan İqtisadiyyat ixtisası, 2013-cü ildə Politologiya ixtisası isə müvafiq ixtisasların bir mərkəzdə cəmləşdirilməsi məqsədi ilə fakültənin tərkibinə daxil edildi. Buna görə də, 2011-ci ildə Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin adı dəyişdirilərək Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi adlandırıldı və buna müvafiq olaraq fakültədə beynəlxalq münasibətlər, maliyyə, iqtisadiyyat, dünya iqtisadiyyatı, biznesin idarə edilməsi, dövlət və ictimai münasibətlər, politologiya ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Fakültəyə ilk rəhbərlik prof. Mahmud Quliyevə (1991–1992) həvalə olundu. 1992–2006-cı illərdə fakültəyə dosent Sədiyar Zeynalov rəhbərlik etmişdir. 2006-cı ildən 2022-ci ilədək fakültəyə tarix elmləri doktoru, professor Zeynal Həsənalıyev rəhbərlik etmişdir. Hazırda fakültəyə iqtisad üzrə fəlsəfə doktoru, dosent Laçın Abışlı rəhbərlik edir.

  • Beynəlxalq münasibətlər kafedrası
  • Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrası
  • İqtisadiyyat kafedrası
  • Maliyyə və menecment kafedrası
  • Dünya iqtisadiyyatı kafedrası
  • Riyazi iqtisadiyyat kafedrası
  • Politologiya və sosiologiya kafedrası

Bakalavr ixtisasları

[redaktə | mənbəni redaktə et]
  1. Beynəlxalq münasibətlər
  2. Beynəlxalq ticarət və logistika
  3. Biznesin idarə edilməsi
  4. İqtisadiyyat
  5. Maliyyə
  6. Politologiya
  7. Dövlət və ictimai münasibətlər
  8. Menecment
  9. Statistika

Magistratura ixtisasları

[redaktə | mənbəni redaktə et]
  1. Beynəlxalq münasibətlər və diplomatiya
  2. Müasir dövrdə Yaxın və Orta Şərq ölkələrinin xarici siyasəti
  3. Dünya siyasəti
  4. Beynəlxalq iqtisadi münasibətlər
  5. Gömrük işi
  6. İqtisadi nəzəriyyə
  7. İqtisadiyyatın tənzimlənməsi
  8. İqtisadi-riyazi modelləşdirmə
  9. Turizmin iqtisadiyyatı
  10. Makroiqtisadi siyasət
  11. Azərbaycanda siyasi proseslər
  12. Konfliktologiya
  13. Milli təhlükəsizlik və siyasi strategiya
  14. Ekonometrika
  15. Xarici iqtisadi fəaliyyət
  16. İqtisadiyyatın hüquqi tənzimlənməsi
  17. Müasir danışıqlar təcrübəsi
  18. Menecment (sahələr üzrə)

Ölkədaxili əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi ölkədə fəaliyyət göstərən, dövlət və özəl müəssisələrlə geniş şəkildə əməkdaşlıq edir. Tədris prosesinin innovativ metodlar əsasında qurulması, elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsi, eyni zamanda tələbələrin gələcəkdə işlə təmin edilməsi baxımından bu qurumlarla əməkdaşlıq oldquca əhəmiyyətlidir. Fakültə ölkədaxili əməkdaşlıqların qurulmasına (dövlət qurumları, özəl şirkətlər, qeyri-hökumət təşkilatları) və mövcud əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi önəm verir. Hazırda Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və digər elm-təhsil mərkəzləri ilə, o cümlədən Mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumları ilə sıx əməkdaşlıq edir.

Fakültənin beynəlxalq əlaqələri

[redaktə | mənbəni redaktə et]

Fakültənin beynəlxalq əlaqələrində "TACİS-TEMPUS" proqramı çərçivəsində "Avropa və Xəzər dənizi" layihəsi üzrə Fransanın Nits, Qrenobl və İtaliyanın Genuya Universitetləri ilə əməkdaşlığı vurğulamaq lazımdır. Həmçinin fakültəmizin bir sıra əməkdaşları Fransanın Nitsa Universitetində elmi-tədris təcrübəsi keçmişlər.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi müxtəlif səviyyəli beynəlxalq proqramlarda iştirak edərək qalib gəlmiş və əldə etdiyi qrantlar hesabına Universitetə 1 milyon dollara qədər maliyyə vəsaiti cəlb edilmişdir.

Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakultəsi dünyanın bir çox universitetləri ilə əlaqə saxlayır: Nitsa Universiteti (Fransa), Paris Diplomatiya Akademiyası (Fransa), Genuya Universiteti (İtaliya), Qrenobl Universiteti, Pekin Universiteti, Ukrayna Dövlət elmlər akademiyasının Dövlət və Hüquq İnstitutu, Moskva Dövlət İdarəetmə Universitetinin ümumi hüquq kafedrası, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyası, Rusiya Hüquq Akademiyasının beynəlxalq hüquq kafedrası, Tbilisi Dövlət Universitetinin beynəlxalq hüquq kafedrası, Kazan Dövlət Universitetinin beynəlxalq hüquq kafedrası, Krasnoyarsk Dövlət Universitetinin xarici ölkələrin beynəlaxlq və konstitusiya hüququ, Litva Dövlət Universitetinin beynəlxalq hüquq kafedrası.

Beynəlxalq ikili diplomlar

[redaktə | mənbəni redaktə et]

Hazırda Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi Amerika Birləşmiş Ştatları, İsveçrə və Qazaxıstanın bir sıra qabaqcıl universitetləri ilə beynəlxalq ikili diplom proqramları həyata keçirir.

Qeyd edək ki, ikili diplom proqramı tələbələrə tərəfdaş universitetlərin müvafiq ixtisasları üzrə diplomlarını almaq imkanı verməklə yanaşı, hər iki universitetdən əldə edəcəyi təcrübənin təhsilin keyfiyyətinin artırılmasında və gələcəkdə yüksək ixtisaslı kadr kimi formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir.

• Bakı Dövlət Universiteti və Amerika Birləşmiş Ştatlarının Linkoln Universiteti (Lincoln University) arasında 2021-ci ildə imzalanmış sazişə əsasən, BDU-nun Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsi və Linkoln Universitetinin Biznes İnzibatçılığı üzrə magistratura (MBA) proqramı bazasında Biznesin Təşkili və İdarə Edilməsi (maliyyə üzrə) ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramı həyata keçirilir. Bu proqramın əsas məqsədlərindən biri iqtisadi və idarəetmə elmləri üzrə yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsidir.

• Bakı Dövlət Universiteti və İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBİS) arasında 2021-ci ildə imzalanmış müqaviləyə əasasən Beynəlxalq münasibətlər və diplomatiya, 2022-ci ildə imzalanmış müqaviləyə əasasən, (MBA) proqramı bazasında Biznesin Təşkili və İdarə Edilməsi (maliyyə üzrə) magistratura səviyyəsində ikili diplom proqramları həyata keçirilir. Sözügedən ikili diplom proqramlarının məqsədlərindən biri də iqtisadi və siyasi idarəetmə elmlərinin fundamental və tətbiqi metodlarından istifadə edərək öz peşə fəlliyətlərində praktik problemləri təsnif etmək və onları həll etmək bacarıqlarına malik habelə təhsil, elm, iqtisadi və beynəlxalq münasibətlər sahəsi üçün yüksəkixtiasalı mütəxəssislərin hazırlanmasıdır.

• Bakı Dövlət Universiteti və Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti arasında 2022-ci ildə imzalanmış müqaviləyə əasasən Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr hazırlığı həyata keçirilir. Bu proqramın əsas məqsədlərindən biri Beynəlxalq münasibətlər sahəsində yeni nəsil mütəxəssislərin yetişdirilməsidir.