Asəf Orucoğlu, Asəf Qaya, Asəf Əliyev (Əliyev Asəf Oruc oğlu; 21 oktyabr 1967, Daşkəsən – 2018, Bakı) — "Millət" qəzetinin redaktoru və baş redaktoru, MSK-nın sabiq üzvü.[1]
Asəf Orucoğlu | |
---|---|
Asəf Oruc oğlu Əliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 oktyabr 1967 |
Doğum yeri | |
Vəfat tarixi | 2018 |
Vəfat yeri | |
Vəfat səbəbi | İnfarkt |
Təhsili | |
İxtisası | Hüquq |
Fəaliyyəti | Jurnalistika, ədəbi yaradıcılıq, siyasət |
Atası | Oruc Əliyev |
Asəf Orucoğlu 1967-ci ildə Daşkəsən şəhərində anadan olub. Atası Göyçə mahalının Kəsəmən kəndindəndir. 1985–1987-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub.
2018-ci ilin sentyabr ayının 6-da Bakıda vəfat etmişdir.[2]
1984-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirib. 1996-cı ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsini fərqlənmə diplomu ilə bitirib.[1]
Asəf Orucoğlu "Millət" qəzetində jurnalist və baş redaktor, AMİP-də mətbuat katibi, mətbuat və təbliğat məsələləri üzrə katib, "Araşdırma və proqnoz şöbəsi"nin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat katibi işləyib.[2]
2003–2005-ci illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olub.[1]
Asəf Qaya imzası ilə şeirlər yazırdı. 300-ə yaxın şeirin müəllifidir.[3]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |