Doqquzdonkimilər

Vikipediya saytından
Sortilegus (müzakirə | töhfələr) tərəfindən edilmiş 20:21, 3 iyul 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Doqquzdonkimilər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Doqquzdonkimilər (lat. Caprifoliaceae) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.

Fəsiləyə daxil olan növlərin çoxu kol və ya ağaç, bəziləri isə otdur. Yarpaqları qarşı-qarşıya düzülür. İkicinsiyyətli çiçəkləri simoz çiçək qrupunda yerləşir. Meyvəsi giləmeyvə, çəyirdəyəbənzər, bəzən də qutucuq olur. Şimal yarımkürəsinin mülayim iqlim qurşağında 15-16 cinsinə aid 400-dən çox növü yayılmışdır. Azərbaycanda 4 cinsə aid 11 növə təsadüf edilir. Ən geniş yayılan növləri doqquzdon, gəndəlaş, başınağacı və s.-dir. Doqquzdonkimilərin bir çoxu qiymətli dekorativ bitkidir. Bəzi növlərindən tibdə istifadə olunur.

Cins və növləri[redaktə | mənbəni redaktə et]

Abelia

Heptacodium

Leycesteria

Doqquzdon (Lonicera)

Symphoricarpos

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]