Əta Tərzibaşı

Vikipediya saytından
Nərmin Həsənova Tərlan (müzakirə | töhfələr) tərəfindən edilmiş 12:00, 11 iyul 2023 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Əta Tərzibaşı
Tərzibaşı Əta Ömər oğlu
Doğum tarixi
Doğum yeri İraq, Kərkük
Vəfat tarixi
Vəfat yeri
Üzvlüyü

Tərzibaşı Əta Ömər oğlu (1924, Kərkük2016, Kərkük, İraq Kürdüstanı) — ədəbiyyatşünas, tənqidçi, publisist, folklorşünas, musiqişünas, jurnalist, dilçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994), Türk Dil Qurumunun fəxri üzvü[1].

Həyatı

Tərzibaşı Əta 1924-cü ildə İraqın Kərkük şəhərində dünyaya göz açmış, orada boya-başa çatmışdır. 1946-1950-ci illərdə Bağdad Universitetinin hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Kərkükdə vəkilliklə məşğul olmuşdur. Erudisiyalı qələm sahibidir. Kərkük şəhərində nəşr olunan "Bəşir" qəzetinin türkmanca bölməsinin redaktoru kimi fəaliyyət göstərmişdir. "Afaq" və "Kərkük" qəzetlərinin yazarlarından olub. 1959-cu ilin 22 martında İraqın Hillə şəhərinə sürgün edilib. Hər il İraq-türkman nadisində (mədəniyyət klubunda) ali məktəbə daxil olan türkman gəncləri üçün şənlik düzəldərdi. İraqda siyasi vəziyyətin qeyri-sabitliyini nəzərə alan Əta Tərzibaşı AMEA-nın fəxri üzvü olmaqdan imtina etmişdir [2]. Ailə həyatı qurmamışdır.

Yaradıcılığı

İraq türkmanlarının folklor nümunələrinin toplanması, nəşri və tədqiqi sahəsində böyük xidmət göstərmişdir. Onun "Kərkük xoyratları və maniləri", "Kərkük şairləri", "Kərkük havaları" və neçə-neçə başqa əsəri yeni bir cığır açmışdır [3]. "Kərkük xoryatları və maniləri" sanballı kitabının iki cildində xoryat və manilər barədə elmi araşdırmaları verilmişdir [4],[5]. 60-cı illərdən başlayaraq nəşr etdirdiyi çoxcildli "Kərkük şairləri" kitabında İraq-türkman şairlərinin həyat və yaradıcılığı haqqında yığcam məlumat və əsərlərindən nümunələr vermişdir [6], [7]. Onun Qazi Bürhanəddin, Cahanşah Həqiqi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Məhəmmədhüseyn Şəhriyar, Hicri Dədə və b. haqqında elmi araşdırmaları çap olunmuşdur. "Kərkük havaları" kitabında musiqi irsi tədqiq olunur [8]

Əta Tərzibaşı Azəri ləhcəsi haqqında

Bizim türkman ləhcəsi azəri ləhcəsinə türk ləhcəsindən daha yaxın, bəlkə də əkiz qardaşlar olmaqla bərabər, bu ləhcələr uzun bir tarix boyunca çeşidli səbəblərin təsiri ilə biri-birindən xəbərsiz gəlişdikləri halda aralarında fərqlər bilinməmişdir.

Kitabları

  • "Kərkük xoryatları və maniləri" I cild
  • "Kərkük xoryatları və maniləri" II cild
  • "Kərkük atalar sözü"
  • "Kərkük şairləri"
  • "Şərqilər və türkülər" (Bağdad, 1953),
  • "Kərkük havaları" (Bağdad, 1961, 1989),
  • "Kərkük əskilər sözü" (Bağdad, 1962),
  • "Arzu Qənbər" dastanı (Bağdad, 1964)

İstinadlar

  1. "İraq bizə iraq deyil", "Bakı" nəşriyyatı, 2002. səh.25–26.
  2. Qəzənfər Paşayev. Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti. Bakı: Təhsil. 2016. səh. 262.
  3. Qardaşlıq dərgisi ( Kərkük vəqfi), №3,2004, s 18
  4. Əta Tərzibaşı. Kərkük xoyrat və maniləri III cilddə I cild. Bağdad. 1955.
  5. Əta Tərzibaşı. Kərkük xoyrat və maniləri III cilddə II cild. Kərkük. 1956.
  6. Əta Tərzibaşı. Kərkük şairləri II cilddə, I cild. Bağdad. 1963.
  7. Əta Tərzibaşı. Kərkük şairləri II cilddə, II cild. Kərkük. 1968.
  8. Əta Tərzibaşı. Kərkük havaları. Bağdad, Bakı, İstanbul,. 1961, 1973, 1980.

Həmçinin bax