Əta Tərzibaşı

Tərzibaşı Əta Ömər oğluədəbiyyatşünas, tənqidçi, publisist, folklorşünas, musiqişünas, jurnalist, dilçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994), Türk Dil Qurumunun fəxri üzvü[1].

Əta Tərzibaşı
Əta Tərzibaşı
Əta Tərzibaşı
Doğum tarixi 1924
Doğum yeri
Vəfat tarixi 2016
Vəfat yeri
Üzvlüyü

Tərzibaşı Əta 1924-cü ildə İraqın Kərkük şəhərində dünyaya göz açmış, orada boya-başa çatmışdır. 1946–1950-ci illərdə Bağdad Universitetinin hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Kərkükdə vəkilliklə məşğul olmuşdur. Erudisiyalı qələm sahibidir. Kərkük şəhərində nəşr olunan "Bəşir" qəzetinin türkmanca bölməsinin redaktoru kimi fəaliyyət göstərmişdir. "Afaq" və "Kərkük" qəzetlərinin yazarlarından olub. 1959-cu ilin 22 martında İraqın Hillə şəhərinə sürgün edilib. Hər il İraq-türkman nadisində (mədəniyyət klubunda) ali məktəbə daxil olan türkman gəncləri üçün şənlik düzəldərdi. İraqda siyasi vəziyyətin qeyri-sabitliyini nəzərə alan Əta Tərzibaşı AMEA-nın fəxri üzvü olmaqdan imtina etmişdir[2]. Ailə həyatı qurmamışdır.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

İraq türkmanlarının folklor nümunələrinin toplanması, nəşri və tədqiqi sahəsində böyük xidmət göstərmişdir. Onun "Kərkük xoyratları və maniləri", "Kərkük şairləri", "Kərkük havaları" və neçə-neçə başqa əsəri yeni bir cığır açmışdır[3]. "Kərkük xoryatları və maniləri" sanballı kitabının iki cildində xoryat və manilər barədə elmi araşdırmaları verilmişdir[4],[5]. 60-cı illərdən başlayaraq nəşr etdirdiyi çoxcildli "Kərkük şairləri" kitabında İraq-türkman şairlərinin həyat və yaradıcılığı haqqında yığcam məlumat və əsərlərindən nümunələr vermişdir[6],[7]. Onun Qazi Bürhanəddin, Cahanşah Həqiqi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Məhəmmədhüseyn Şəhriyar, Hicri Dədə və b. haqqında elmi araşdırmaları çap olunmuşdur[2]. Əta Tərzibaşı Məhəmməd Füzulinin irsini də dərindən tədqiq etmişdir.[8] Kərküklü alim müxtəlif illərdə nəşr etdirdiyi məqalələrlə Məhəmməd Füzulinin həyat və yaradıcılığının bir çox qaranlıq tərəflərinə işıq salmışdır[9]. Əta bəy elm aləmində ilk dəfə Füzulinin Kərkükdə doğulması fikrini irəli sürmüşdür[10]. Tərzibaşının Füzuli haqqında yazdığı "Füzulinin ərəbcə qəsidələri", "Füzulinin yayımlanmamış bir müləmması", "Məktublaşma ədəbiyyatı və Füzulinin bir qəzəli" və s. məqalələr füzulişünaslıqda böyük maraqla qarşılanmışdır."Kərkük havaları" kitabında musiqi irsi tədqiq olunur[11].

Azərbaycan dili haqqında fikirləri

[redaktə | mənbəni redaktə et]

Türkmənlərin bugünkü ədəbiyyat dili ümumiyyətlə sadələşmiş Osmanlı türkcəsi olmaqla bərabər, danışıq dili xalq şeiri və musiqisi də tamamilə Türkməncədir. Bu ləhcə bəzi vacib olmayan regional dialekt fərqləriylə AzərbaycanCənub-şərqi Anadolu xalqının ləhcələrinə çox yaxındır. Bizim türkman ləhcəsi Azərbaycan ləhcəsinə türk ləhcəsindən daha yaxın, bəlkə də əkiz qardaşlar olmaqla bərabər, bu ləhcələr uzun bir tarix boyunca çeşidli səbəblərin təsiri ilə biri-birindən xəbərsiz gəlişdikləri halda aralarında fərqlər bilinməmişdir[12]

  • "Kərkük xoryatları və maniləri" I cild, 1955
  • "Kərkük xoryatları və maniləri" II cild, 1956
  • "Kərkük xoryatları və maniləri" III cild, 1957
  • "Kərkük atalar sözü"
  • "Kərkük şairləri" 13 cilddə
  • "Şərqilər və türkülər" (Bağdad, 1953),
  • "Kərkük havaları" (Bağdad, 1961, 1989),
  • "Kərkük əskilər sözü" Əta Tərzibaşı. Kərkük əskilər sözü. Bağdad,. 1962.
  • "Arzu Qənbər" dastanı (Bağdad, 1964)
  • "Kərkük mətbuat tarixi" 1879–1985
  • "Füzuli haqqında yazılar" [13]
  • "Ərbil şairləri" IIIcilddə.
  • Cahanşahın türkcə şeirləri
  • Füzulinin ərəbcə qəsidələri
  • Heca vəzni və gənc şairlərimiz
  • İraq-Türkman ədəbiyyatına toplu bir baxış
  • Musiqi həyatımıza bir baxış
  • Yazı dili, qonuşma dili[14]
  • Şəhriyar
  • Şimali Azərbaycanda türkmanoloji araşdırmalar
  • Q. Paşayev. Bir ömürdən səhifələr. "Arzu-Qəmbər" dastanı, Bakı, 1971, s 9.
  • Qardaşlıq dərgisi, № 23, İstanbul, 2004, s 21
  • Dəmirçizadə Ə. M. Azərbaycan ədəbi dilinin inkişaf yolları
  1. "İraq bizə iraq deyil", "Bakı" nəşriyyatı, 2002. səh.25–26.
  2. 1 2 Qəzənfər Paşayev. Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti. Bakı: Təhsil. 2016. səh. 262.
  3. Qardaşlıq dərgisi (Kərkük vəqfi), № 3,2004, s 18
  4. Əta Tərzibaşı. Kərkük xoyrat və maniləri III cilddə I cild. Bağdad. 1955.
  5. Əta Tərzibaşı. Kərkük xoyrat və maniləri III cilddə II cild. Kərkük. 1956.
  6. Əta Tərzibaşı. Kərkük şairləri XIII cilddə, I cild. Bağdad. 1963.
  7. Əta Tərzibaşı. Kərkük şairləri XIII cilddə, II cild. Kərkük. 1968.
  8. Mədəniyyət TV. "AMEA-da görkəmli tədqiqatçı Əta Tərzibaşının 100 illik yubileyi qeyd olunub" (az.). Youtube.com. 23.05.2024. 2024-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  9. Orxan İsayev "Əta Tərzibaşının Məhəmməd Füzuliyə aid tədqiqatları", "Gənc tədqiqatçı" jurnalı, 2022, VIII cild, № 1, səh.173–180
  10. (Necat Kevseroğlu. "Ata Terzibaşı. Füzuli hakkında yazılar", İstanbul, 2016, Şenyıldız Matbaacılık. S.54
  11. Əta Tərzibaşı. Kərkük havaları. Bağdad, Bakı, İstanbul,. 1961, 1973, 1980.
  12. Ata Terzibaşının makaleleri. Ankara,2018
  13. tərtib edəni Nicat Kövsəroğlu, Füzuli haqqında yazılar. Matbaacılık, İstanbul,2016
  14. Yazı dili, qonuşma dili. "Qardaşlıq" dərgisi, № 4, Bağdad, 1962

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]