Hicri Dədə

Hicri Dədə (1881[1], Kərkük, Mosul vilayəti11 dekabr 1952, Kərkük) — “Kərkük” qəzetinin baş yazarı, təzkirəçi, şair.

Hicri Dədə
Hicri Dədə
Doğum adı Mahmud
Təxəllüsü Hicri
Doğum tarixi 1881[1]
Doğum yeri
Vəfat tarixi 11 dekabr 1952(1952-12-11)
Vəfat yeri
Fəaliyyəti şair, yazıçı, müəllim

Hicri Dədə 1877-ci ildə Kərkükün Çay məhəlləsində anadan olub. Onun əsl adı Mahmud, ləqəbi Hicridir. Atası Müridzadə Molla Əli, babası şair Naziri Dədədir[2]. İlk təhsilini Kərkükdə Hacı Mustafa Qirdar mədrəsəsində Oçuşlu Molla Məhəmməd Əfəndidən alıb. Vaiz Molla Rza əfəndinin tələbəsi olub və bir müddət Kərkükün tanınmış ziyalılarından olan Əli Hikmət əfəndidən də bəhrələnmişdir. Həmçinin, Molla Qabilzadədən ədəbiyyat dərsləri alan Hicri Dədə boş vaxtlarında şeirlər də yazmışdır[3]. 1912-ci ildə Piryadi məhəlləsində yerləşən məsciddə ərəbcə yazılan məscidin kitabını oxuyarkən yazdığı "Nemə lazım" şeirini söyləyir və mədrəsə təhsilini yarımçıq qoyaraq özünü şeir və ədəbiyyata həsr edir[4]. Təxminən, 1920–1922-ci illərdə ailə həyatı qurmuş və bu evlilikdən iki qız, iki oğul övladı dünyaya gəlmişdir. O, 1952-ci il 11 dekabrda vəfat etmişdir.[5]. Vəsiyyətinə, əsasən, Musalla qəbiristanlığında dəfn olunub. Ölümündən sonra Məmməd Sadıq, Tərcilli Ömər ağa, Əsad Naib və s. tanınmış türkman şairləri mərsiyə yazmışdır[6].

Birinci Dünya müharibəsindən əvvəl Kərkük sultanisində 3 il pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Müharibənin başlaması nəticəsində məktəb bağlanılır və beləliklə, Hicri Dədənin müəllimliyinə son verilir. Müharibədən sonra isə təyinatla Kərkük Qala ibtidai məktəbində bir neçə il işləmişdir. Bir müddət maddi baxımdan çətinlik çəksə də bələdiyyəyə məxsus Buğda meydanında iqtisadi sahədə çalışan məmurların əmək haqqından sosial müdafiə məqsədilə müəyyən miqdar məbləğ tutan vergi işçisi olaraq işləməyə başlamışdır. 1927-ci ildə “Kərkük” qəzetinin baş yazarı təyin edilmişdir. 1928-ci ildə Bələdiyyə Məclisinin qərarı ilə səhiyyə müfəttişliyində də çalışmışdır. Bir müddət sonra yenidən qəzetə işə düzələn Hicri Dədə yaşlandıqdan sonra ömrünün sonuna qədər bələdiyyənin ona təyin etdiyi müavinətlə yaşamışdır.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Hicri Dədə, əsasən, şeirə üstünlük vermişdir. Bununla yanaşı müxtəlif qəzetlərdə məqalələri də çıxmışdır. Əsərləri haqqında 1936-cı ildə xəstə oğlu Əli Qalib üçün yazdığı bir mənzumədə məlumat vermişdir. Burada 18 əsərinin olduğu qeyd olunur. Onlardan 6-sı Hicri Dədə həyatda ikən çap olunmuşdur[7]. Onun şeirləri “Havadis”, “Kərkük”, “Afaq”, “Qardaşlıq” kimi qəzet və dərgilərdə çap edilmişdir. Türkcə ilə yanaşı, fars dilində şeirlər yazan müəllifin əsərlərinin bir hissəsi işıq üzü görsə də onların ən əhəmiyyətli olanları, təəssüf ki, əlyazma halında olmuşdur. Onlar arasında Kərkük şairlərini əhatə edən “Riyaz Əl Şüara” əsas yer tutur.

Çap olunmuş əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. Yadigari-Hicri
  2. Tərci-Bənd "İntibahi Millət"
  3. Güldəstəi Haz`aliyyə
  4. İrşadət
  5. Tuhfeyi Süleymani
  6. Mövludi Nebevi
  7. Hicri Dədədən Seçmələr
  8. Canlı Sözlər
  9. Xoyratlar

Çap olunmamış əsərləri

[redaktə | mənbəni redaktə et]

A. Türkcə Əsərləri:

  • Meşhudatı Zevra (Şeir)
  • Pendi Hükemâ (Şeir)
  • Hadimi İnsaniyət (Şeir)
  • Fenni Tıbbî (Şeir)
  • Zevali Millət (Şeir)
  • Tercemeyi Gülüstani Sadî (Şeir və Nəsr)
  • Türkcə Şeir Divanı
  • Habname
  • Qumar və İşrət
  • Kərkük Tarixi (şeir və Nəsir)
  • Gazelha vü Kasaid (Türkcə ve Farsca Şeirlərdir)
  • Riyazüş-Şüəra: Kərkük, Ərbil və Kifride yaşayan şairlərin həyatları ve bəzi əsərləri yer alır.

B. Farsca Əsərləri:

  • Dilküşâ (Şeir)
  • Səyahati Neyneva və Musul (Şeir ve Nəsr)
  • Farsça Şeir Divanı

C. Kürdcə Əsərləri:

  • Kürdcə şeir məcmuəsi
  1. 1 2 Ərəbcə Vikipediya. 2003.
  2. Goran Fethi, Kerkük Şehri, Kürt Akademisi, Erbil 2013, s. 280
  3. 2 Şemsettin Küzeci, Kerkük Şairleri, T. C. Kültür Bakanlığı, Ankara 2006, s. 259
  4. 3 Ata Terzibaşı, Kerkük Şairleri, Ötüken Neşriyat, İstanbul 2013, C. 6, s. 11
  5. Dr. Şəmsəddin KUZƏÇİ. İRAQ MƏTBUAT TARİXİ (1869-2019). Bakı: “CBS”. səh. 62. ISBN 978-9952-516-66-1.
  6. Aydin Abdülkadir Abdulcebbar, Hicrî Dede, Seçilmiş Eserleri ve Hakkındaki Yazılar, Dar Al-Huriye Matbaası, Bağdat 1981, s. 125
  7. M.K.Saədgül. Kərküklü şair Hicri Dədə həyatı, sənəti və əsərləri. Ankara, 2015