Mərdan Feyzullayev

Vikipediya, azad ensiklopediya
InternetArchiveBot (müzakirə | töhfələr) (1 mənbə arxivləşdirildi və 0 keçid ölü olaraq işarələndi.) #IABot (v2.0.9.5) tərəfindən edilmiş 07:55, 4 avqust 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Mərdan Feyzullayev
Doğum tarixi
Doğum yeri Şəki, Azərbaycan SSR
Vəfat tarixi (59 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Vətəndaşlığı
Fəaliyyəti Aktyor
Mükafatları "Tərəqqi" medalı

Mərdan Feyzullayev — "Tərəqqi" medalı laureatı, Azərbaycan diasporunun nümayəndəsi.

Həyatı və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Mərdan Əhmədiyyə oğlu Feyzullayev 1959-cu ildə Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. O, 1979-1983-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində, 1984-1989-cu illərdə B.Şukin adına Moskva Ali Teatr İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb.

1983-cü ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi işə başlayan M.Feyzullayev 1985-1989-cu illərdə həmin sənət ocağında quruluşçu rejissor, 1989-1998-ci illərdə isə baş rejissor vəzifəsində işləyib.

1999-cu ildən Moskvada yaşayan Mərdan Feyzullayev həm də Moskvada fəaliyyət gostərən “Dərviş” teat rının yaradıcısı və baş rejissoru idi. M.F.AxundovunSərgüzəşti-vəziri-xani-Lənkəran” və Elçinin “Şekspir” əsərlərini rus dilində səhnəyə qoyub və hər iki tamaşa paytaxtda uğurla numayiş etdirilib.2010-cu ildə noyabrın 4-də Rusiyanın ali mukafatı olan II dərəcəli “Vətən qarşısında xidmətlərinə gorə” medalı ilə təltif olunub.2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə incəsənət sahəsindəki nailiyyətlərinə gorə “Əməkdar artist” fəxri adına layiq gorulmuşdur. 13 avqust 2017-ci ildə Moskvada vəfat etmişdir.[1] Şəkidə dəfn olunub.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Əməkdar artist Mərdan Feyzullayev vəfat edib". 2018-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-14.
  2. ARB Şəki. "Mərdan Feyzullayev vəfat edib" (az.). Youtube.com. 15.08.2017. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.

Xarici keçdilər[redaktə | mənbəni redaktə et]

http://diaspora.gov.az/index.php?options=content&id=560

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Diasporu Ensiklopedik Məlumatlar Toplusu