Sərgüzəşti-vəziri-xani-Lənkəran və ya Lənkəran xanının vəzirinin sərgüzəştləri — Mirzə Fətəli Axundzadənin 1851-ci ildə yazdığı komediya.
Sərgüzəşti-vəziri-xani-Lənkəran | |
---|---|
| |
Janr | Komediya |
Müəllif | Mirzə Fətəli Axundov |
Orijinal dili | Azərbaycan dili |
Yazılma ili | 1853 |
Nəşr ili | 1853 |
Nəşriyyat | Kafkaz qəzeti |
Sərgüzəşti-vəziri-xani-Lənkəran Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu əsər müəllifin yazdığı 3-cü komediya sayılır və Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir. Komediyada xanlıq idarə üsulu komik dillə ifşa olunur. Burada dramaturq lətifələrdən bacarıqla istifadə edir, xanın şikayətlərə baxarkən çıxardığı hökmlər Molla Nəsrəddin lətifələri qədər məna daşıyır. Ədib bu lətifələrdən istifadə etməklə səriştəsiz, boşbeyin və ağılsız xanı xalq gülüşü ilə öldürür.[1]
Hekayənin sujeti 1800–1801 illərə təsadüf edir. Talış xanlığının vəziri Mirzə Həbib müstəbid kimi göstərilir, ancaq o, xanın qabağında qul kimi alçalır. Həm də o, öz arvadları tərəfindən yalana və həqarətlərə məruz qalır. Komediyada saray və ailə intriqaları fonunda vəzirin baldızı Nisə xanım və xanın qardaşı oğlu Teymur ağanın arasında fədakar məhəbbət göstərilib.
Əsər Hicri-qəməri təqvimi ilə 1267-ci ildə yazılıb, yəni 1851-də. Komediyanın ilk öncə adı "Sərab xanlığının vəzirinin macəraları" idi. Elə bu adla da 1853-cü ildə əsər "Qafqaz" qəzətində nəşr olunmuşdur. Elə bu ildə də ədəbin öz tərcüməsində Tiflis şəhərində komediya "Mirzə Fət-Əli Axundovun hekayə toplumu" adlı toplumda çap edilmişdir.
1874-cü ildə Axundov bu komediyanı fars dilində yazmış və "Lənkəran xanlığının vəzirinin macəraları haqqında povest" adında əsərlər toplumuna əlavə etmişdi. Buna istinad edərək, bir sıra qərbi avropa şərqşünasları hesab edirdilər ki, əsərin adını əsərin tərcüməçisi Mirzə Məhəmməd Cəfər Qaracadağa dəyişib. Azərbaycanlı axundçularda uzun zaman bu fikirdə idilər. Amma bəzi tədqiqatlardan sonra sübüt olunduki Mirzə Məhəmməd Cəfər Qaracadağa adı bilavasitə Axundovun məsləhəti ilə dəyişdirib. Adını dəyişilməsinə səbəb onda idi ki, əsər dənizkənarında olan şəhərdə başlayır və bitir, Sərab şəhəri isə dənizdən uzaqdadı. Bu məlumatın mənbəsi isə Axundovun publisist Mirzə Yusif xana 17 dekabr 1873-cü ildə göndərdiyi məktubundadı "Əziz tərcüməçiyə deyinki, hər yerdə "Sərab xanlığının vəziri macəraları haqqında" adını "Lənkaran xanlığının vəzirinin macəraları haqqında" dəyişsin.. Sərab səhv yazılıb, Lənkaran yazmaq lazımdı, çünki Sərabda dəniz yoxdu.". Mirzə Yusif xan bu istəyi tərcüməçiyə çatdırdı, və o, adını dəyişdi. Bundan sonra hekayə "Lənkaran xanlığının vəzirinin macəraları haqqında" adı ilə çap olunmağa başlandı.
Əsər 1882-ci ildə Qay Le Strenc və W.H.D. Haggard tərəfindən ingilis dilinə tərcümə edilib.[2]
1928-ci ildə əsər ayrıca kitab şəklində buraxılmışdır.
1852-ci ildən 1853-cü ilə qədər uğurla Tiflis şəhərinin rus səhnəsində qoyulmuşdu.
22 mart 1873 ildə bu komediya Bakıda Azərbaycanın ilk həvəskar tamaşası üçün seçilmişdir.[3] Həsən bəy Zərdabinin rəhbərliyi altında və Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlovun fəal iştirakı sayəsində komediyanın səhnəyə qoyulması mümkün olmuşdur. Bununla da Azərbaycan teatrının əsası qoyuldu. Axundov bu xəbəri "Kavkaz" qəzetindən bildi və Həsən bəy Zərdabiyə göndərdiyi məktubunda demişdi: "Mən artıq qocalmışam və ölümümü gözlüyürdüm, amma bu xəbər mənim ömrümü 10 il daha uzatdı".
1897-ci ildə Cahangir Zeynalovun evində komediya səhnəyə qurulmasına hazırlananda pyesin bəzi epizodik rollarına aktyor çatışmazlığı var idi. Onda Sultan Məcid Hanizadə və Həbib bəy Mahmudbəyov öz şagirdləri Hüseyn Ərəblinskini və Mir Mahmud Kazımovu tamaşada iştirak etmək üçün çağırmışdılar,[4] sonralar onlar Azərbaycan səhnəsinin böyük xadimləri olmuşdular.
2009-cu ildə Mərdan Feyzullayev bu pyesi Moskvada "Jar Ptitsa" teatrının səhnəsində nümayiş etdirmişdir.
2012-ci ilin 26 dekabırında Axundovun 200 iliyi şərəfinə komediya Qriboyedov adına Tiflis rus dram teatrının səhnəsində nümayiş edilmişdi.