Mərdan Feyzullayev

Mərdan Feyzullayev — "Tərəqqi" medalı laureatı, Azərbaycan diasporunun nümayəndəsi.

Mərdan Feyzullayev
Doğum tarixi
Doğum yeri Şəki, Azərbaycan SSR
Vəfat tarixi (59 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Fəaliyyəti Aktyor
Mükafatları "Tərəqqi" medalı

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Mərdan Əhmədiyyə oğlu Feyzullayev 1959-cu ildə Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. O, 1979–1983-cü illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində, 1984–1989-cu illərdə B. Şukin adına Moskva Ali Teatr İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb.

1983-cü ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi işə başlayan M. Feyzullayev 1985–1989-cu illərdə həmin sənət ocağında quruluşçu rejissor, 1989–1998-ci illərdə isə baş rejissor vəzifəsində işləyib.

1999-cu ildən Moskvada yaşayan Mərdan Feyzullayev həm də Moskvada fəaliyyət gostərən "Dərviş" teat rının yaradıcısı və baş rejissoru idi. M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və Elçinin "Şekspir" əsərlərini rus dilində səhnəyə qoyub və hər iki tamaşa paytaxtda uğurla numayiş etdirilib.2010-cu ildə noyabrın 4-də Rusiyanın ali mukafatı olan II dərəcəli "Vətən qarşısında xidmətlərinə gorə" medalı ilə təltif olunub.2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə incəsənət sahəsindəki nailiyyətlərinə gorə "Əməkdar artist" fəxri adına layiq gorulmuşdur. 13 avqust 2017-ci ildə Moskvada vəfat etmişdir.[1] Şəkidə dəfn olunub.[2]

  1. "Əməkdar artist Mərdan Feyzullayev vəfat edib". 2018-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-14.
  2. ARB Şəki. "Mərdan Feyzullayev vəfat edib" (az.). Youtube.com. 15.08.2017. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.

Xarici keçdilər

[redaktə | mənbəni redaktə et]

http://diaspora.gov.az/index.php?options=content&id=560

  • Azərbaycan Diasporu Ensiklopedik Məlumatlar Toplusu