Minarə məscidi

Vikipediya saytından
Eldarado (müzakirə | töhfələr) (→‎Memarlıq xüsusiyyətləri: texniki düzəliş) tərəfindən edilmiş 19:56, 23 avqust 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Minarə məscidi
Xəritə
37°33′03″ şm. e. 45°04′13″ ş. u.
Ölkə İran
Şəhər Urmiya
Yerləşir Urmiya
Aidiyyatı Qacarlar dövləti
Sifarişçi Hacı Əliyarxan
Hündürlüyü 22,5 m[1]
Uzunluğu
Eni 14 m[1]
Sahəsi
Material daş[d][1], kərpic[1][2], ağac[1]
Minarə məscidi (İran)
Minarə
məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Minarə məscidi (az-əbcəd. میناره مسجیدی‎) — Qacarlar dönəmində Urmiyada Hacı Əliyarxan sifarişi ilə tikilmiş tarixi məscid.

Minarə məscidi Qacarlar dönəmində və 19-cu əsrin sonlarında tikilib. Minarə məscidində 1908-ci ildə quruculuq işləri aparılaraq, restavrasiya edilmişdir. Bu məscid Urmunun başqa məscidləri ilə fərqli olaraq, bir uca minarəyə malik olmasına görə belə adlandırılmışdır. İndilikdə məscid Urmunun mərkəzi hissəsi olan İmam xiyabanında yerləşir.[3]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Minarə məscidi kiçik bir məscid olaraq, həyət, eyvan və hovuzu yoxdur. Bu məscid bir uca minarəsi olmaqla, günbəzsizdir. Amma damının qabarıq olmasına görə ilk baxanda günbəzli bir məscidə bənzəyir. Məscidin tikintisində işlədilən əsas materiallar kərpic, daş və ağacdır. Məscid minarəsinin hündürlüyü 22,5 metr olmaqla eni aşağıdan yuxarıya azalır. Minarənin yuxarı hissəsi kaşı ilə bəzədilmişdir. Məscidin tikintisində işlədilən kərpiclər dördbucaq şəkillidir.[4]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 6 7 https://www.tasnimnews.com/fa/news/1397/06/05/1812351/مسجد-مناره-یادگاری-از-دوران-قاجار-در-ارومیه.
  2. https://iranarchpedia.ir/entry/17202.
  3. "Seeİran: Minarə məscidi haqqında". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-14.
  4. "Nabro". 2021-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-14.