Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Minarə məscidi (az-əbcəd. میناره مسجیدی) — Qacarlar dönəmində Urmiyada Hacı Əliyarxan sifarişi ilə tikilmiş tarixi məscid.
Minarə məscidi | |
---|---|
37°33′03″ şm. e. 45°04′13″ ş. u. | |
Ölkə | İran |
Şəhər | Urmiya |
Yerləşir | Urmiya |
Aidiyyatı | Qacarlar dövləti |
Sifarişçi | Hacı Əliyarxan |
Hündürlüyü | 22,5 m[1] |
Uzunluğu |
|
Eni | 14 m[1] |
Sahəsi |
|
Material | daş[d][1], kərpic[1][2], ağac[1] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Minarə məscidi Qacarlar dönəmində və 19-cu əsrin sonlarında tikilib. Minarə məscidində 1908-ci ildə quruculuq işləri aparılaraq, restavrasiya edilmişdir. Bu məscid Urmunun başqa məscidləri ilə fərqli olaraq, bir uca minarəyə malik olmasına görə belə adlandırılmışdır. İndilikdə məscid Urmunun mərkəzi hissəsi olan İmam xiyabanında yerləşir.[3]
Minarə məscidi kiçik bir məscid olaraq, həyət, eyvan və hovuzu yoxdur. Bu məscid bir uca minarəsi olmaqla, günbəzsizdir. Amma damının qabarıq olmasına görə ilk baxanda günbəzli bir məscidə bənzəyir. Məscidin tikintisində işlədilən əsas materiallar kərpic, daş və ağacdır. Məscid minarəsinin hündürlüyü 22,5 metr olmaqla eni aşağıdan yuxarıya azalır. Minarənin yuxarı hissəsi kaşı ilə bəzədilmişdir. Məscidin tikintisində işlədilən kərpiclər dördbucaq şəkillidir.[4]