Cin itüzümü

Vikipediya, azad ensiklopediya
Turkmen (müzakirə | töhfələr) (HotCat vasitəsilə Kateqoriya:İtüzümü əlavə olundu; {{Kateqoriyasız}} şablonu silindi) tərəfindən edilmiş 19:50, 22 noyabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Cin itüzümü
Elmi təsnifat
Beynəlxalq elmi adı

Cin itüzümü (lat. Lycium chinense)

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Şərqi Asiyada dəniz səviyyəsindən 2500 m yüksəklikdə daşlı-qayalı yerlərdə yayılmışdır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2–3 m-ə qədər, sallaq, yumşaq, bəzən isə sarılan tikanlı budaqları olan bitkidir. Tamkənarlı yarpaqları dəstə ilə çıxır. Çiçəkləri açıq bənövşəyi rənglidir, iyuldan-sentyabra qədər çiçəkləyir. Qırmızı rəngli giləmeyvələri sentyabr-oktyabrda yetişir. Toxum və pöhrələrlə çoxalır.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Torpağa tələbkar deyil, şaxtaya davamlıdır.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Bakıda bir çox parklarda mədəni şəraitdə becərilir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Meyvəsinin tərkibində 21 mikroelement və 18 amin turşusu vardır ki, bunlardan da təbabətdə geniş istifadə edilir. Meyvələrinin yetişməsi mərhələsində çox dekorativ görünür. Abşeronda canlı çəpərlərin salınmasında istifadə edilir.