Cin itüzümü (lat. Lycium chinense)
Cin itüzümü | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Cin itüzümü |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Şərqi Asiyada dəniz səviyyəsindən 2500 m yüksəklikdə daşlı-qayalı yerlərdə yayılmışdır.
Hündürlüyü 2–3 m-ə qədər, sallaq, yumşaq, bəzən isə sarılan tikanlı budaqları olan bitkidir. Tamkənarlı yarpaqları dəstə ilə çıxır. Çiçəkləri açıq bənövşəyi rənglidir, iyuldan-sentyabra qədər çiçəkləyir. Qırmızı rəngli giləmeyvələri sentyabr-oktyabrda yetişir. Toxum və pöhrələrlə çoxalır.
Torpağa tələbkar deyil, şaxtaya davamlıdır.
Bakıda bir çox parklarda mədəni şəraitdə becərilir.
Meyvəsinin tərkibində 21 mikroelement və 18 amin turşusu vardır ki, bunlardan da təbabətdə geniş istifadə edilir. Meyvələrinin yetişməsi mərhələsində çox dekorativ görünür. Abşeronda canlı çəpərlərin salınmasında istifadə edilir.