Qaymaqçiçəyikimilər

Vikipediya saytından
Sortilegus (müzakirə | töhfələr) tərəfindən edilmiş 00:37, 23 fevral 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Qaymaqçiçəyikimilər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qaymaqçiçəyikimilər (lat. Ranunculaceae) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Əksəriyyəti ot bitkiləridir. Yarpaqları növbə ilə düzülür. Çiçəkləri ikicinsiyyətli, çiçəkyanlığı sadə və ya ikiqatdır. Məlum olan 2000-ə qədər növün 103-ü Azərbaycanda yayılıb. Əsasən, şimal rayonlarında bitir. Bir çox növü zəhərlidir. Bəzi növləri (xoruzgülü və s.) dərman bitkisi, bəziləri (kəpənəkçiçək, sunərgizi və s.) dekorativ bitkidir.