Qaraqaytaran (lat. Thalictrum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Qaraqaytaran | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Qaraqaytaran |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Şimal yarımkürəsinin mülayim iqlim rayonlarında, Amerikada, Afrikanın tropik zonalarında bu bitkinin təxminən 150 növü məlumdur. Gülçülükdə əsasən 25 növündən istifadə olunur. Sırğagülü, yarpaqlı qaraqaytaran (Th. Aquilegifolium) növü hündürlüyü 120 sm-ə çatan çoxillik bitkidir. Çiçəkləri çox xırdadır, erkəkcikləri sarı, bənövşəyi rəngdədir. Bu bitkinin müxtəlif rəngli çiçəkləri olan mədəni formaları vardır: ağ, bənövşəyi, çəhrayı, narıncı və s. Qaraqaytaranı qələm vasitəsilə çoxaltmaq olar. Bunun üçün tam inkişaf etməyən yarpaqlı cavan zoğlar yararlıdır. Bitkinin payıza qədər dekorativ görünməsi üçün solmuş çiçəklərini vaxtaşırı kəsmək lazımdır. Qaraqaytaranın qurudulmuş çiçəklərindən quru dəstələr yaratmaq üçün istifadə olunur.