Cahangir Novruzov

Vikipediya saytından
İşçiBot (müzakirə | töhfələr) (tənzimləmə) tərəfindən edilmiş 21:54, 9 mart 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Cahangir Novruzov
Doğum tarixi (69 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Anası Nəsibə Zeynalova
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1976-cı ildən
Təhsili
Mükafatları
"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2018 "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2011
"Diaspor fəaliyyətində xidmətə görə" medalı — 2020
IMDb ID3081782

Cahangir Mütəllib oğlu Novruzov (31 iyul 1954, Bakı) — Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2018), Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru.

Həyatı[redaktə | mənbəni redaktə et]

Novruzov Cahangir Mütəllib oğlu 1954-cü il iyul ayının 31-də Bakı şəhərində doğulub. Atası Novruzov Mütəllib Nəsrulla oğlu 1927-ci ildə doğulmuş və uzun illər Asəf Zeynallı adına Bakı musiqi məktəbində muğam üzrə dərs demişdir.

Cahangir Novruzov 1971-ci ildə orta məktəbi bitirir. Sonra Mirzəağa Əliyev adına incəsənət institutunun rejissorluq fakultəsinə daxil olub və SSRİ xalq artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi sinifdə təhsil alaraq 1976-cı ildə həmin institutu bitirib. Diplom işini Musiqili Komediya teatrının səhnəsində Georgi Xuqayevin "Sevgilimin anası" operettasını hazırlayaraq müdafiə edib.[1] Eyni ildə təyinat alaraq həmin teatrda çalışmağa başlayıb. 1976–1977-ci illərdə əsgəri xidmətdə olub və xidməti bitirdikdən sonra yenə də Musiqili Komediya teatrına dönüb. 1979-cu ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin edilib. Bu teatrın səhnəsində həm də aktyor kimi bir çox rollar oynamışdır. 1981-ci ildə isə SSRİ Mədəniyyət Nazirliyinin Mədəniyyət adamlarını təkmilləşdirmə İnstitutunun rəhbər işçilər fakultəsinə qəbul olunub və eyni zamanda da Moskva Malaya Bronnaya teatrında RSFSR-in xalq artisti professor A. Efrosun rəhbərliyi altında staj keçməyə başlayıb. İki il ərzində bir çox əsərlərin quruluşlarında A. Efrosa assistentlik edib. 1983-cü ildə Moskvadakı təhsilini bitirərək Şəki teatrına dönüb. 1984-cü ildə SSRİ xalq artisti professor G. Tovstonoqovun yaradıcı laboratoriyasına qəbul olunub və hər il iki dəfə olmaq üzrə Sankt-Peterburqda 1988-ci ilə qədər çalışmalarda iştirak edib. 1985-ci ildə Şəki teatrına baş rejissor vəzifəsinə təyin olunub. Orada çalışdığı illər ərzində teatrı Kazan, Daşkənd, Səmərqənd, MoskvaPraqa şəhərlərinə qastrol səfərlərinə götürüb. 1986-cı ildə Çexoslovakiyada keçirilən "Çeşskaya Buduyovutsa" gənc teatrlar festivalında jüri heyətinin üzvü kimi iştirak edib. 1987-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi Mirzə Fətəli Axundovun 175 illik yubileyinə həsr olunmuş teatr festivalında hazırladığı "Müsyö Jordan və Dərviş Məstəli Şah" əsəriylə birincilik mükafatını qazanıb. 1988-ci ildə Parisdə keçirilən "Bovinyi" teatr festivalında fəxri jüri heyətinin üzvü kimi iştirak edib. 1989-cu ildə Mədəniyyət nazirliyi tərəfindən Musiqili Komediya teatrına baş rejissor vəzifəsinə təyin olunub. 1990-cı ildə teatrın əsaslı təmir və yeni inşaata başlaması səbəbiylə Gənc Tamaşaçılar Teatrının rus bölməsinə baş rejissor olaraq təyin olunub. 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi I Mono tamaşalar festivalında Şekspirin "Hamlet" əsərinin motivləri əsasında hazırlanmış "Olum ya Ölüm" tamaşası ilə birincilik mükafatı qazanıb. 1995-ci ildə Türkiyə Cumhuriyyətinə Universitetdə dərs demək üçün dəvət olunub. Hal hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mədəniyyət və incəsənət sahəsindəki Fәaliyyәtlәrinә görə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb[2].
  • 2014-cü ilin aprelində "TÜRKSOY-un 20 illiyi" yubiley medalına layiq görülüb.[3].
  • 23 dekabr 2015-ci ildə TÜRKSOY-un "Haldun Taner" mükafatına layiq görülmüşdür.[4]
  • Oljas Janaydarmovun "Dans Plus" əsərinin səhnələşdirdiyinə görə 2 dekabr 2016-cı ildə Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyinin "Qazaxıstanın Fəxri Mədəniyyət Xadimi" medalı ilə təltif olunub.[5]
  • 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.[6]
  • 2020-ci ildə "Diaspor fəaliyyətində xidmətə görə" medalı ilə təltif edilib.[7]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Bizim Cəbiş müəllim (film, 1969)Aktyor: Rəsulov (tammetrajlı bədii film)
  2. Aktrisanın təbəssümü (film, 1974)İştirak: Özü (tammetrajlı bədii-sənədli film)
  3. Qəribə adamlar (film, 1978)Aktyor: Çilingər (qısametrajlı bədii süjet-Mozalan № 44, 1-ci süjet)
  4. Qorxma, mən səninləyəm-Aktyor: Mərdan (Tammetrajlı Bədii Film)
  5. Dad (film, 1984)-Aktyor: Milis işçisi (Qısametrajlı Bədii Süjet-Mozalan № 89, 2-ci süjet)
  6. Gedərgəlməz (film, 1984)-Aktyor: Cəllad (Qısametrajlı Bədii Süjet-Mozalan № 86, 1-ci süjet)
  7. Qoca palıdın nağılı (film, 1984)-Aktyor: Namaz (Tammetrajlı Bədii Film)
  8. Ordan-burdan (film, 1987)-Aktyor: Salman bəy (Tammetrajlı Televiziya Film-Tamaşası)
  9. Yaşıl eynəkli adam (film, 1987)-Aktyor: Cahangir (Tammetrajlı Televiziya Film-Tamaşası)
  10. Bəxt üzüyü (film, 1991)-Aktyor: Milis rəisi (Tammetrajlı Bədii Film)
  11. Ac həriflər (film, 1993) (tammetrajlı film-tamaşa) (Aztv)- aktyor: dərviş, çarşaflı qadın, qorodovoy
  12. Bala-başa bəla! (film, 1995)-Aktyor: İzzət Nəfisli (Tammetrajlı Televiziya Film-Tamaşası)
  13. Həm ziyarət, həm ticarət... (film, 1995)-Aktyor: Sabir (Tammetrajlı Bədii Film)
  14. Sarı gəlin (film, 1998)-Aktyor: Artavas (Tammetrajlı Bədii Film)
  15. Yaşıl eynəkli adam-2 (film, 1999)-Aktyor: Cahangir (Tammetrajlı Bədii Televiziya Filmi)
  16. Yaşıl eynəkli adam-3 (film, 2002)-Aktyor: Cahangir (Tammetrajlı Bədii Televiziya Filmi)
  17. Dəvətnamə (film, 2003)-Aktyor: Əzizağa (Tammetrajlı Bədii Televiziya Filmi)
  18. Güllələnmə təxirə salınır!... (film, 2002)-Aktyor: "Gəncəli Adış" (Tammetrajlı Bədii Film)
  19. Bəylik dərsi (film, 2007) (Tammetrajlı Televiziya Tamaşası)
  20. Ölüm növbəsi (film, 2009)-aktyor: "Zeynal" (tammetrajlı bədii film)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Mədəniyyət TV. "Cahangir Novruzov "Sərbəst söhbət" proqramında İlham Rəhimlinin qonağı kimi" (az.). Youtube.com. 10.10.2013. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-02.
  2. "Azərbaycan dövləti tərəfindən təltif edilən diaspor nümayəndələri" (az.). olaylar.az. 18.03.2013 17:53. 2014-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-01.
  3. Ləman Mustafaqızı. "Cahangir Novruzov medalla təltif olunub" (az.). lent.az. 16.04.2014 12:48. 2014-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-16.
  4. "Teatr xadimlərinə "Haldun Taner" mükafatı verildi". 2015-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-27.
  5. Ülviyyə Həsənqızı. "Azərbaycanın görkəmli teatr xadimi TÜRKSOY- un növbəti mükafatını qazanıb" (az.). Primetime.az. 25.05.2017. 2017-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.
  6. President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
  7. "Xalq artisti Cahangir Novruzov "Diaspor fəaliyyətində xidmətə görə" medalı ilə təltif edilib". visiontv.az. 28 dekabr 2020. 20 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2021.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Novruzov, C. Bakı xanı Hüseynqulu xanın nəvələrindənik: Cahangir Novruzov: "İnşallah, Yaşar sağalsın, onunla bir tamaşada oynayacağıq"…: [Türkiyədə yaşayan həmyerlimiz, aktyor Cahangir Novruzov ilə söhbət] Ekspress.- 2011.- 26 yanvar.- S. 10.