Qurbanəli Şərifzadə

Vikipediya, azad ensiklopediya
İşçiBot (müzakirə | töhfələr) (tənzimləmə) tərəfindən edilmiş 22:44, 9 mart 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Qurbanəli Şərifzadə
Qurbanəli Şərifzadə (sağdan 1-ci) Azərbaycan maarifpərvər ziyalıları arasında
Qurbanəli Şərifzadə (sağdan 1-ci) Azərbaycan maarifpərvər ziyalıları arasında
Digər adı Qurbanəli Şərifov
Doğum tarixi 1854
Doğum yeri
Vəfat tarixi 1917
Vəfat yeri
Uşağı

Şərifzadə (Şərifov) Qurbanəli (1854, Naxçıvan1917, orada) — maarifçi ziyalı, publisist, xeyriyyəçi. Əziz Şərifin atasıdır.

Həyatı

Gürcüstan dağ yollarının, Şahtaxtı-Maku dəmir yolunun çəkilişində icarəçi mühəndis kimi iştirak etmişdir. Milli təhsilin, mətbuat və mədəniyyətin fəal müdafiəçisi idi. M.T.Sidqinin Naxçıvanda açdığı "Tərbiyə" məktəbinin və Naxçıvan teatrının inkişafına maddi və mənəvi yardım göstərmişdir. H. Cavidin gənclik dövrü mənəvi təkamülündə mühüm rolu var.[1]

C.Məmmədquluzadənin əməl və məslək dostlarından olmuş, "Molla Nəsrəddin"in nəşrində ədibə dəstək vermiş, jurnalda ara-sıra "Leylək" imzası ilə çıxış etmişdir; "Mozalan bəyin səyahətnaməsi"nin İrəvana və Naxçıvana aid hissələrinin müəllifidir[2].

C.Məmmədquluzadə, Ə.Haqverdiyev, F.Köçərli, M.Ə.Sabir, Ö.F.NemanzadəƏ.Qəmküsarla dostluq əlaqələri saxlamışdır.

İstinadlar

  1. NTV. "Ziyalı ömrü. Əziz Şərif" (az.). Youtube.com. 02.09.2016. İstifadə tarixi: 2016-09-08.
  2. APA TV. ""Vətən mədəsi pozulmuş xəstələrə bənzəyir"" (az.). Youtube.com. 21.07.2023. 2023-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-22.

Mənbə

  • İ. Həbibbəyli. Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri, B., 1997.
  • Kamal Camalov. Mollanəsrəddinçilərin maarifçilik ideyaları. Bakı: Elm və təhsil, 2015.

Həmçinin bax