Hacı Ələkbər bəy Nəsirbəyov
Hacı Ələkbər bəy Nəsirbəyov | |
---|---|
Nəsirbəyоv Hacı Ələkbər bəy Atakişi bəy оğlu | |
Doğum tarixi | 1857 |
Doğum yeri | |
Vəfat tarixi | 1923 |
Vəfat yeri | |
Həyat yoldaşı | Mina xanım Məşədi Ələkbər bəy qızı Zöhrabbəyova |
Uşaqları | Sona xanım, Tovuz xanım, Mələk xanım. |
Nəsirbəyov Hacı Ələkbər bəy Atakişi bəy oğlu (1857, Dədəli, Şuşa qəzası – 1923, Qaryagin, Qaryagin qəzası) — qurucu, xeyriyyəçi, məmur
Həyatı
[redaktə | mənbəni redaktə et]Hacı Ələkbər bəy Atakişi bəy oğlu 1857-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Dədəli obasında doğulmuşdu. Molla yanında, sonra məktəbdə oxumuşdu. Bakı qəzasında dövlət idarələrində məmur işləmişdi. Bir müddət Bakının ikinci sahəsinin pristavı olmuşdu. Quberniya katibi mülki çini vardı. Hacı Ələkbər bəy qurucu və xeyriyyəçi bir şəxsiyyət idi. Qaryagin kəndində dəyirman, məscid, klub tikdirmiş, kəhriz vurdurmuşdu.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Ələkbər bəy Mina xanım Məşədi Ələkbər bəy qızı Zöhrabbəyova ilə ailə qurmuşdu. Sona xanım, Tovuz xanım, Mələk xanım adlı qızları vardı.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu, Qarabağlı hüquqşünaslar, Tarixi-ensiklopedik tədqiqat, Bakı Mütərcim, 2012, 252 səh.