Zeynal bəy Vəzirov

Vikipediya saytından
Dr.Wiki54 (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 06:51, 1 may 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Zeynal bəy Vəzirov
Zеynalabdin bəy Mirzə Həmid bəy oğlu
15 dekabr 1918 – 27 aprel 1920
ƏvvəlkiVəzifə təsis olundu.
SonrakıVəzifə ləğv olundu.
İttihad fraksiyasının üzvü
Şəxsi məlumatlar
Doğum tarixi 1854
Doğum yeri
Vəfat tarixi 1933
Vəfat yeri
Partiya
Fəaliyyəti şair
Atası Mirzə Həmid bəy Vəzirov
Anası Qönçə xanım
Həyat yoldaşı Dürnisə xanım Həşim bəy qızı Vəzirova
Uşaqları Allahyar, Aslan, Həmid, Rəna, Lеyla

Zeynal bəy Vəzirov (1854, Şuşa1933, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, titulyar müşavir.

Həyatı

Zeynalabdin bəy Mirzə Həmid bəy oğlu 1854-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Rus-tatar məktəbini bitirmişdir. Yelizavetpol Şəhər Qəza Məhkəməsində çalışmışdır. Daha sonra isə Qars hətbi qubernatorunun dəftərxanasında kargüzar vəzifəsində çalışmışdır. Sonra isə Gəncəyə qayıtmış və burada dilmanc işləmişdir. Sonra isə Şuşa şəhərinə dönərək şəhərdə rəis köməkçisi vəzifəsində çalışmışdır.

Zeynal bəyin fəaliyyəti nəzərə alınaraq Cəbrayıl qəzasında mülki posrednik vəzifəsinə göndərilmiş, bir müddət burada çalışdıqdan sonra isə NuxaŞuşa qəzalarında eyni vəzifəyə təyinat almışdır. Zeynalabdin bəy 1897-ci ildə sağlamlığı ilə bağlı istefaya çıxmışdır.

Zeynalabdin bəy 1933-cü ildə Bakı şəhərində vəfat edib.

Ailəsi

Zeynalabdin bəy Həşim bəy Vəzirovun qızı Dürnisə xanımla evlənmiş idi. Allahyar bəy, Aslan bəy Vəzirov , Həmid bəy adlı oğulları, Rəna xanım və Leyla xanım adlı qızları vardı.

Mükafatları

Zeynal bəy 1880-ci ildə kollec qeydiyyatçısı, 1886-cı ildə quberniya katibi, 1890-cı ildə kollec katibi, 1896-cı ildə titulyar müşavir və 1897-ci ildə kollec assesoru mülki çinlərini almışdı.

Zeynal bəy həmçinin "III Aleksandr" gümüş medalı ilə təltif olunmuşdu.

Mənbə

Həmçinin bax