Vəzirovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.
Vəzirovlar | |
---|---|
Titul | Bəy |
Əcdadı | Mirzə Camal Cavanşir Qarabaği |
Qohum soylar | Mirzəcamalovlar, Şərifbəyovlar |
Mənşəyi | Qarabağ, Füzuli, Şuşa |
Təbəəliyi |
Qarabağ xanlığı, Rusiya imperiyası |
Torpaqları | Qarabağın əksər mahallarında |
Mülki fəaliyyəti | Vəzir, Naib |
Soy öz başlanığıcını İbrahimxəlil xan Cavanşir və Mehdiqulu xan Cavanşirin baş vəziri olmuş Mirzə Camal Cavanşir Qarabağidən götürür. Ona qədər həmin soy Cavanşir soyadını daşıyırdı. Vəzirovlar Cavanşir elinin Hacılı camaatına mənsubdurlar. Bu soyadı həm Mirzə Camal bəyin, həm onun qardaşlarının, həm də əmisioğullarının törəmələri daşıyırlar.
İbrahimxəlil xan qaçqınlıqdan dönüb, xanlığa yenidən yiyələnəndən sonra baş vəzir vəzifəsinə divanxana katibi Mirzə Camal bəy Hacılı-Cavanşiri təyin etdi. Bundan sonra 1822-ci ildə xanlıq ləğv edildikdə, Mirzə Camal bəy rus hərbi idarəsi tərəfindən yaradılan məhkəməyə işə keçirildi. O, on səkkiz il məhkəmə sistemində çalışdıqdan sonra qocalığı ilə bağlı, 1840-cı ildə istefaya çıxdı.[1]