Vəzirov Mirzə Həmid bəy Zeynalabdin bəy oğlu (1827, Şuşa – Şuşa) — hüquqşünas, barışdırıcı hakim.
Mirzə Həmid bəy Vəzirov | |
---|---|
Mirzə Həmid bəy Zeynalabdin bəy oğlu Vəzirov | |
Doğum tarixi | 1827 |
Doğum yeri | |
Vəfat yeri | |
Həyat yoldaşı | Qönçə xanım |
Uşaqları |
|
Atası | Zeynalabdin bəy |
Təhsili | Şuşa rus-tatar məktəbi |
Mükafatları |
Mirzə Həmid bəy Vəzirov 1827-ci ildə Şuşa şəhərində doğulmuşdu. Şəhər rus-tatar məktəbini bitirmişdi. Əmək fəaliyyətinə 1845-ci ildə, Mehri polis sahəsində tərcüməçi kimi başlamışdı. Sonra Cavad və Vərəndə sahəsində mülki hakimin köməkçisi işləmişdi. Oralardan Dərbənd və Qars şəhərlərinə dəyişmiş, mülkü hakim vəzifəsində çalışmışdı.
Mirzə Həmid bəy Qönçə xanımla ailə qurmuşdu. Zeynalabdin (Zeynal bəy Vəzirov), Fərrux bəy Vəzirov , Azad bəy Vəzirov , Cavad bəy Vəzirov adlı oğulları, Xeyrənsə xanım adlı qızı vardı.
Mirzə Həmid bəyin kollec asessoru mülkü çini vardı. III dərəcəli "Müqəddəs Anna" və III dərəcəli "Müqəddəs Stanislav" ordenləri ilə təltif edilmişdi.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |