Çəkicvuran Rozi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Amerikan qadını Çəkicvuran Rozi

Çəkicvuran Rozi (ing. Rosie the Riveter) — ABŞ-də İkinci dünya müharibəsi dövrünün əməkçi qadın simvolu.[1] Əsasən feminizm və qadınların iqtisadi gücünün bir simvolu olaraq istifadə edilir.[2]

Tarixi

İkinci dünya müharibəsi dövründə ABŞ-də milyonlarla qadın Avropada hərbi əməliyyatların gedişini təmin etmək üçün işçi qüvvəsi sıralarına qoşuldu.[1] Bunun əsas səbəbi işçi qüvvəsinin mühüm hissəsini təşkil edən kişilərin müharibəyə getməsi ilə bağlı idi.[1] 1940-1945-ci illər arasında ABŞ-də qadınlar əmək bazarında işçi qüvvəsinin 37 faizini təşkil edirdi və hər dörd ailəli qadından biri işləyirdi.[1] Qadınlar hərbi sənaye sahəsi də daxil olmaqla bütün istehsal sahələrində təmsil olunmuşdu.[1]

Fabrikdə işləyən qadın, oktyabr 1942-ci il.

Altı milyondan çox amerikalı qadın təyyarə, bomba, tank və digər hərbi texnikanın hazırlanmasında iştirak edərək müttəfiq qüvvələrin İkinci dünya müharibəsində qələbəsinə böyük töhfə vermişdir.[1]

Eyni zamanda, ABŞ hökuməti həmin dövrdə qadınların əmək bazarına cəlb edilməsi üçün kampaniya başlatmışdı.[1] Bu kampaniyanın qəhrəmanı "Çəkicvuran Rozi" idi.[1] Qadın qüdrətinin mücəssəməsi olan "Çəkicvuran Rozi" qadınların işə cəlb edilməsi kampaniyasında çox uğurlu vasitələrdən biri idi.[1] Onun qollarının gücünü nümayiş etdirən portreti ABŞ-də müharibə dövrünün ən yadda qalan şəkillərindən birinə çevrilmişdi.[1] Bu portreti yaratmaq üçün 1943-cü ildə Vermont ştatının Arlinqton şəhərində yaşayan rəssam Norman Rokvell qonşu telefonçu qızın model olmasını istəmişdi.[1] Lakin Meri Doyl Keefe (ing. Mary Doyle Keefe) adlı gənc qızın ağır sənayedə işləmək təcrübəsi yox idi.[1] Amma onun görünüşü rəssamın yaratmaq istədiyi qələbə əzmli, zəhmətə qatlaşmağa hazır gənc amerikalı qadın obrazına tam uyğun idi.[1] Nəticədə "Çəkicvuran Rozi" portreti ABŞ tarixində ən populyar rəsmlərdən biri oldu.[1]

"Biz bunu edə bilərik!" sözləri yazılmış portret

"Çəkicvuran Rozi" bəzən feminist qadın obrazı kimi qəbul edilsə də, bu obrazın mesajı hamıya aydın idi.[1] Onun portretinin üzərində olan "Biz bunu edə bilərik!" sözlərinin yazılması təkcə qadınlarda özünə inam deyil, okeanın o tayında, eləcə də Asiyada-milyonlarla amerikalının döyüşdüyü müharibədə qələbəyə inam mesajı göndərirdi.[1] Müharibə dövrünün filmləri, qəzetləri, şəkilləri və posterlərində "Çəkicvuran Rozi"nin göstərilməsi ilə qadınların böyük işçi qüvvəsi olmasının vətənpərvərlik baxımından müstəsna əhəmiyyəti vurğulanırdı.[1]

Maraqlı faktlar

  • Məşhur amerikalı aktrisa, Hollivud ulduzu Merilin Monro da böyük ekrana gəlməmişdən əvvəl İkinci dünya müharibəsi dövründə gündə 10 saat təyyarə zavodunda işləmişdir.[1]
  • O zaman böyük ekran ulduzu olacaq 18 yaşlı Norma Cin Mortensonun həyat yoldaşı dənizçi kimi Avropada müharibədə iştirak edirdi.[1]

Həmçinin bax

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 “Rozi” – Amerikada müharibə dövrünün əməkçi qadın simvolu Arxivləşdirilib 2021-02-25 at the Wayback Machine. voanews.com, 08.05.2015  (az.)
  2. Switky, W. Raymond Duncan, Barbara Jancar-Webster, Bob. World Politics in the Twenty-first Century Brief (Student choice ed.). Boston: Houghton Mifflin College Div. 2008. səh. 268. ISBN 978-0-547-05634-0.

Xarici keçidlər