Çat vulkanizmi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Çat vulkanizmipüskürmə, adətən, bir sıra paralel çatlardan baş verir. Bu zaman özlülüyü az olan duru bazalt maqması püskürülür və böyük ərazini örtür. Çat vulkanizmi hər birinin qalınlığı 1 m-dən 100 m-ə, ümumi qalınlığı isə 3 km-ə çatan və bir-birinin üzərinə yatan bir neçə örtük əmələ gətirir. Yerin inkişafında, xüsusilə daha qədim dövrlərdə, çatlar boyu püskürülən lava 10 min km2-dən 1 millyon km2-dək sahəsi olan geniş əraziləri örtmüşdür (Cənubi Afrikada, triasda -> 50000 km2, Hindistandatəbaşir və üçüncü dövrdə > 1 mln.km2, Şm. Amerikada, Kolumbiya və Sneyk rayonlarında – 400000 km2).

Həmçinin bax

Mənbə

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.