Bu məqalə qaralama halındadır. |
Çat vulkanizmi – püskürmə, adətən, bir sıra paralel çatlardan baş verir. Bu zaman özlülüyü az olan duru bazalt maqması püskürülür və böyük ərazini örtür. Çat vulkanizmi hər birinin qalınlığı 1 m-dən 100 m-ə, ümumi qalınlığı isə 3 km-ə çatan və bir-birinin üzərinə yatan bir neçə örtük əmələ gətirir. Yerin inkişafında, xüsusilə daha qədim dövrlərdə, çatlar boyu püskürülən lava 10 min km2-dən 1 millyon km2-dək sahəsi olan geniş əraziləri örtmüşdür (Cənubi Afrikada, triasda -> 50000 km2, Hindistanda — təbaşir və üçüncü dövrdə > 1 mln.km2, Şm. Amerikada, Kolumbiya və Sneyk rayonlarında – 400000 km2).