Üzəngi sümükcüyü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Üzəngi sümükcüyü
Bitişir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Üzəngi sümükcüyü (lat. stapellos) — daxili qulağa aid eşitmə sümüklərindən biri. Əsasdan, ön və arxa ayaqcıqlaradn, boyuncuqdan və başcıqdan ibarət bu sümük at üzəngisinə bənzədiyindən belə adlandırılmışdır.

Qurluşu

Üzənginin başı-lat. caput stapedis (capitulum stapedis-BNA) və iki ın (düz) ayaqcığı-lat. crus antcrius və dal (əyləşmiş) ayaqcığı-lat. crus posterius vardır. Bu ayaqcıqlar bir-biriilə oval səfhə-üzəngi əsası-lat. basis stapedis vasitəsilə birləşmişdir. Üzənginin əsası təbil boşluğunun içəri divarında olan dəhliz pəncərəsini qapayır. Üzəngi ayaqcıqları və əsası arasındakı sahə zar-lat. membrana stapedis ilə örtülmüşdür. Üzəngi 3,3 mm hündürlüyə, ayaqcıqları 3 mm-əvə 1,4 mm enə[1], kütləsi 3–4 mg-dır[2].

İstinadlar

  1. Anson, B.J., Donaldson,J.A.: Surgical Anatomy of the Temporal Bone. W.B.Saunders Company, Philadelphia, 1981.
  2. Gelfand, S.A.: Essentials of Audiology. Thieme, New York & Stuttgart 1997, ISBN 3-13-103631-1. S. 46.

Mənbələr

  • İnsanın Normal Anatomiyası, K. Balakişiyev, 1980, Maarif, III cild, səh. 337-338, UB-999,  (az.)