Kəllə qapağı (lat. Calvaria) tam kəllənin yuxarı hissəsi hesab olunur və onu alın sümüyünün pulu, əsas sümüyün böyük qanadlarının gicgah səthi, təpə sümükləri, ənsə və gicgah sümüklərinin pulu təşkil edir. Kəllənin beyin hissəsi süni xətt vasitəsilə iki şöbəyə bölünür: yuxarı hissə — kəllə qapağı — lat. calvaria və aşağı hissə — kəllə əsası — lat. basis cranii. alı sümükləri ilə təpə sümükləri arasında tac tikiş — lat. sutura coronalis, təpə sümükləri arasında orta xətdə — sagital tikiş — lat. sutura sagittalis, təpə sümükləri ilə ənsə sümüyü arasında lyambdayabənzər tikiş — lat. sutura lambdoidea, təpə sümüyünün aşağı kənarı ilə gicgah sümüyünün pullu hissəsi arasında pullu tikiş — lat. sutura squamosa. Kəllə qapağının xarici səthi hamardır. Burada ındə qaş qövsləri, bunların arasında lat. glabella adlanan çuxurluq (qaşarası), bir qədər yuxarıda alın qabarları, təpə sümüklərinin üzərində təpə qabarları və sagittal tikişin arxa hissəsinin yan tərəflərində təpə dəlikləri — lat. foramen parietalia yerləşmişdir. Kəllə qapağının yan nahiyələri bir qədər çuxurdur, bunlara gicgah çuxurları — lat. fossae temporales deyilir. Kəllə qapağının daxili səthində lat. impressiones digitatae, juge cerebralia, sulci arteriosi et venosi, foveolae granulares və orta xətdə venoz cibə məxsus lat. sulcus sinus sagittalis superior yerləşmişdir.
Kəllə qapağı | |
---|---|
| |
MeSH | c_03 |
Vikianbarda əlaqəli mediafayllar |