Kəllə əsası (lat. basis cranii) tam kəllənin aşağı hissəsi hesab olunur, və iki səthi vardır: xarici və daxili, buna görə də kəllənin xarici əsası — lat. basis cranii externa və kəllənin daxili əsası — lat. basis cranii interna ayırd edilir. Kəllənin beyin hissəsi süni xətt vasitəsilə iki şöbəyə bölünür: yuxarı hissə — kəllə qapağı — lat. calvaria və aşağı hissə — kəllə əsası — lat. basis cranii. Kəllənin xarici əsası üç şöbəyə bölünür: ın orta və arxa şöbə. Ön şöbə üz skleti sümükləri ilə örtülmüşdür; bu şöbəyə damaq və əng sümükləri müvafiqdir.
Kəllə əsası | |
---|---|
| |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Kəllənin daxili əsası — lat. basis cranii interna yəni kəllə əsasının yuxarı za daxili səthi basıqdır və kəllənin xarici əsasına müvafiq olaraq üç şöbəyə — çuxura bölünür: kəllənin ön, orta və arxa çuxurları.
Kəllənin ön çuxurunu — lat. fossa cranii anterior alın sümüyünün göz yuvası hissəsi, xəlbir sümüyün xəlbir səfhəsi və əsas sümüyün kiçik qanadları əmələ gətirmişdir.
Kəllənin orta çuxuru — lat. fossa cranii media böyük beynin gicgah paylarına, görmə qabaraltı nahiyəsinə məxsusdur.
Kəllənin arxa çuxuru — lat. fossa cranii poserior orta çuxurdan arxaya yerləşərəkkəllə boşluğunun qalan hissəsini tutur; burada beyuncik, Varolio körpüsü və beyin ayaqcıqları yerləşir. Bu çuxur ənsə sümüyü, əsas sümüyün cisminin arxa səthi, təpə sümüyünün məməyəbənzər bucağı və gicgah sümüyünün daşlıq hissəsi ilə məməyəbənzər çıxıntısı əmələ gətirir.