İlham Allahverdiyev (futbolçu)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İlham Allahverdiyev
Ümumi məlumatlar
Doğum tarixi 28 oktyabr 1992(1992-10-28) (31 yaş)
Doğum yeri
Vətəndaşlığı
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası[* 1]
2011–2012 Azərbaycan Neftçi PFK ? (?)
2013 Azərbaycan Qaradağ Lökbatan FK ? (?)
2013–2015 Azərbaycan Neftçi PFK ? (?)
2015–2016 Azərbaycan Şəmkir FK ? (?)
2016 Türkiyə Bartınspor FK[tr] ? (?)
2017 Türkiyə Çəngəlköyspor ? (?)
2019 Azərbaycan Şahdağ Qusar FK ? (?)
2021 Azərbaycan MOİK Bakı FK ? (?)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

İlham Allahverdiyev (28 oktyabr 1992, Goranboy rayonu) — Futbolçu, mövqeyi hüçumçudur. Hal hazırda Bakının "MOİK" klubunda oynayır.

Bioqrafiya

İlham Allahverdiyev 28 oktyabr 1992-ci ildə Azərbaycan Respublikası, Goranboy rayonunda doğulub.[1]

Karyera

Neftçinin heyətində 2011/12 mövsumu.

İlham Allahverdiyev futbol karyerasına 2002-ci ildə Bakının "Neftçi" klubunun uşaq komandasında başlayıb. Bakılıların heyətində müxtəlif aşağı yaş komandalarında çıxış etdikdən sonra, 2011-ci ildə klubun əvəzedici heyətinə cəlb olunur. Daha sonra, 2011/12 mövsumundə "Neftçi"nin əsas heyəti ilə Azərbaycan çempionluğunu qazanır.

2013-cu ilin yayında "Qaradağ Lökbatan" klubuna icarəyə verilir. "Qaradağ Lökbatan" klubunda 6 ay futbol oynadıqdan sonra Allahverdiyev 2014-cu ilin yanvarında "Neftçi"yə dönur.[2] 2013/14 mövsumu bitdikdən sonra futbolçu təkrar "Qaradağ Lökbatan"a icarəyə verilir və klubunun heyətində Azərbaycan Çemppionatının Birinci dəstəsinin 2014/15 mövsumundə 21 qol ilə bombardir olur.[3] Futbolçu bombardir olduğu mövsumdə 21 qol vurur. Futbolçu həmin mövsum 1 dəfə poker, 4 dəfə isə dublla yadda qalır"[3] Allahverdiyev həmin mövsüm 5 dəfə "Göyəzən", 4 dəfə "Bakılı", 3 dəfə "Turan Tovuz" və "Energetik"i cəzalandırır. Futbolçunun 1 qol vurduğu klubların sırasında isə "Şəmkir", "Ağsu", MOİK, "Neftçala", "Rəvan" və "Şuşa Qarabağ" klubları olur. Futbolçu 21 topdan 11-ni qışadək, 10-unu isə qış fasiləsindən sonra vurur. Həmin mövsüm 3 dəfə penalti nöqtəsinə yaxınlaşan Allahverdiyev bunlardan ikisində dəqiq olur.[3]

Futbolçu 2015-ci ildə Şəmkirə keçir və 2015/16 mövsumundə Şəmkirin heyətində çıxış edir.[4]

2016-cı ildə futbolçu Azərbaycanı tərk edir və Türkiyəyə yollanır. Allahverdiyevin Türkiyədə ilk klubu "Bartınspor FK[tr]" olur.[5] Futbolçu daha sonra Türkiyənin "Bal Liqası"nda çıxış edən "Çəngəlköyspor"la 1 illik müqavilə imzalayır.[6] 2019-cu ilə qədər Türkiyə klublarına çıxış edən futbolçu 2019-cu ildə Azərbaycana qayıdır və region liqasında çıxış edən Qusarın "Şahdağ" klubunda çıxış etməyə başlayır.[7]

Futbolçu hal hazırda Bakının MOİK klubunun formasını geyinir.

Titulları

Komanda

  • Azərbaycan Çempionu : 1 (2011/12)

Şəxsi

  • Azərbaycan Birinci dvizion bombardiri: 2014/15

İstinadlar

  1. https://www.transfermarkt.ru/ilham-allahverdiyev/profil/spieler/230687
  2. https://www.azerisport.com/football/20140108114740392.html
  3. 1 2 3 https://futbolinfo.az/2015/05/29/24892/amp/[ölü keçid]
  4. http://sportal.az/news/60951
  5. https://www.tff.org/Default.aspx?pageId=526&kisiId=1930452
  6. "Arxivlənmiş surət". 2017-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-02.
  7. https://www.sportinfo.az/idman_xeberleri/azerbaycan_futbolu/74567.html