Şahdağ Qusar Futbol Klubu 1950-ci ildə yaranan, Azərbaycan ikinci liqasında çıxış edən, Qusar rayonunu təmsil edən peşəkar futbol klubu.
Şahdağ Qusar FK | |
---|---|
Klubun tam adı | Şahdağ Qusar Futbol Klubu |
Ölkə | Azərbaycan |
Ləqəb(lər) | Ṣimal Qartalları |
Rəng(lər) | 🔵 göy ⚪️ ağ |
Yaranma tarixi | 1950 |
Stadionu | Şövkət Orduxanov adına stadion |
Prezidenti | Elçin Cananov |
Baş məşqçisi | Elnur Abdullayev |
Liqa | Azərbaycan İkinci Liqası |
Şahdağ Qusar Futbol Klubu 1950-ci ildə Qusar şəhərində yaranmışdır. SSRİ dönəmində aşağı dəstələrdə çıxış etmişdir. Bir neçə dəfə ad dəyişikliyinə getmişdir. Əvvəllər "Şahdağ Qusar FK" adını daşıyan klub daha sonralar ad dəyişikliyinə gedərək "Şahdağ Samur" adı altında fəaliyyətinə davam edir. Daha sonra yenidən ad dəyişikliyi etmək qərarına gələn klub, adını dəyişərək "Şahdağ" qoyur. Azərbaycan müstəqillik qazanandan sonra uzun müddət Azərbaycan çempionatlarında oynamışdır. 15-ci Azərbaycan çempionatında 13-cü yer tutaraq aşağı dəstəyə düşmüşdür.
2017-ci ildə maliyyə problemlərinə görə çempionatlarda fəaliyyətini dayandırmışdır. Lakin 2017-2020-ci illər ərzində AFFA region liqasında fəaliyyətini davam etdirmişdir.
2020-ci ildə region liqasında da fəaliyyətini dayandıraraq yalnız uşaq futbol akademiyasındakı çıxışı ilə kifayətlənmişdir. 2020-ci ildə isə, klubun dağıdılması xəbərləri böyük gündəm oldu. Belə ki, klubun əksər aparıcı üzvlərinin klubdan qovulması ilə bağlı xəbərlər yayılırdı. Klub rəsmiləri bunun yalan olduğu ilə bağlı açıqlamalar veriblər.[1]
2023-cü ildən AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, uzun müddət sonra peşəkar klub olaraq yenidən öz fəaliyyətini bərpa etmişdir.[2] Azərbaycan II liqasında iştirak edir. Həmçinin u-13 və u-11 uşaq komandaları şimal zonası üzrə çempionatlarda çıxış edir. Şahdağ Qusar Futbol Klubu sahibi olduğu Şövkət Orduxanov adına stadion təmirə bağlandığı üçün hazırda ev oyunlarını Şamaxı Olimpiya İdman Kompleksinin futbol stadionunda keçirir.[3][4]
Klubun Qusarın üç kəndində — Bədişqala, Quxuroba və Şirvanovkada müxtəlif yaş qrupları üzrə bölmələri fəaliyyət göstərir[5].
2010-cu il noyabrın 26-da açıqlanan klublarının 21-ci əsr üçün reytinqində ilk onilliyi 76 xal ilə Azərbaycan klubları arasında 12-ci, dünyada isə 845-ci pillədə başa vurmuşdur[6].
Klubun ilk dönəmlər istifadə etdiyi loqo 5 bucaqlı şəklindədir. Mavi rəngdə olan loqonun üstündə üzü aşağı doğru baxan üçbucaq təsvir olunmuşdur. Üst tərəfində futbol topu təsvir edilən loqonun orta hissəsindən alta doğru baxdıqda klubun adını, təmsil etdiyi bölgəni və yaranma tarixini görmək mümkündür.
Daha sonra loqo dəyişikliyinə gedən klubun yeni loqosu dördbucaqlı şəklindədir. Loqonun üst hissəsində klubun və təmsil etdiyi şəhərin adı, həmçinin alt hissəsində "Futbol Klubu" ifadəsi yer alır. Orta hissəsində isə, sarı rəngli dağ, dağın üstündə sarı rəngli qartal təsvir olunmuşdur ki, bu da klubun ləqəbini formalaşdırdı. Qartalın belində isə, qalxana bənzər dairə mövcuddur.
Klub "Şahdağ Samur" adını aldıqdan sonra yenə də loqo dəyişikliyinə getdi. Yeni loqo dairə formasında, ənənəvi rəngə çevrilən mavi rəngdə idi. Üst tərəfində klubun yeni adı, alt tərəfində isə təmsil etdiyi şəhərin adı yazılmışdır. Orta tərəfi isə biraz daha açıq mavi rəngdə idi. Ortada yer alan başqa bir dördbucaqlının içində isə klubun yeni adının baş hərfləri yer alırdı: "ŞS". Dördbucaqlının üstündə futbol klubu anlamını verən "FK" sözü, alt tərəfində isə yeni klubun yaranma tarixi olan 2003 ili yazılmışdır.
Klub tarixən "Şahdağ Samur" adını yenidən dəyişərək "Şahdağ" adını almışdır. Bununla belə loqosunda bu dəfə böyük dəyişikliyə getməyərək, sadəcə oradan "Samur" adını çıxarmışdır.
Hazırda klubun istifadə etdiyi loqo da mavi rəngdədir. Üst tərəfində "Qusar 1950" yazılmaqdadır ki, bu da klubun yaranma tarixini bildirir. Ortada qərb tərəfə baxan bir qartal təsvir olunmuşdur. Qartalın alt hissəsində isə klubun adı verilmişdir.
Mövsüm | Liqa | Yer | O | Q | H | M | VQ | BQ | Xal | Kubok |
---|---|---|---|---|---|---|---|---|---|---|
1992 | 1-ci | 12 | 36 | 11 | 17 | 18 | 34 | 54 | 29 | İştirak etməyib |
1993 | 1-ci | 18 | 18 | 3 | 3 | 12 | 19 | 38 | 9 | 1/4 final |
1993–94 | 1-ci | 13 | 30 | 11 | 2 | 17 | 40 | 52 | 24 | 1/8 final |
1997–98 | 2-ci | 1 | 1/8 final | |||||||
1998–99 | 1-ci | 13 | 32 | 2 | 4 | 20 | 20 | 86 | 10 | 1/8 final |
2000–01 | 2-ci | 3 | 22 | 16 | 3 | 3 | 40 | 15 | 51 | 1/4 final |
2001–02 | 1-ci | 8 | 30 | 11 | 5 | 14 | 34 | 47 | 38 | 1/4 final |
2003–04 | 1-ci | 10 | 26 | 7 | 6 | 13 | 29 | 41 | 27 | 1/16 final |
2004–05 | 1-ci | 14 | 34 | 8 | 8 | 18 | 29 | 51 | 32 | 1/16 final |
2005–06 | 1-ci | 8 | 26 | 10 | 5 | 11 | 26 | 36 | 35 | 1/8 final |
2006–07 | 1st | 13 | 24 | 1 | 8 | 15 | 15 | 47 | 11 | 1/16 final |
2007–08 | 2-ci | 6 | 26 | 11 | 5 | 10 | 31 | 21 | 38 | 1/16 final |
2008–09 | 2-ci | 2 | 28 | 14 | 9 | 5 | 48 | 29 | 51 | 1/16 final |
2009–10 | 2-ci | 8 | 22 | 8 | 8 | 6 | 33 | 24 | 32 | 1/8 final |
2010–11 | 2-ci | 5 | 26 | 13 | 8 | 5 | 45 | 22 | 47 | 1/16 final |
2011–12 | 2-ci | 4 | 26 | 13 | 6 | 7 | 46 | 33 | 45 | 1/16 final |
2012–13 | 2-ci | 4 | 24 | 12 | 6 | 6 | 40 | 30 | 42 | İştirak etməyib |
2013–14 | 2-ci | 5 | 30 | 16 | 7 | 7 | 55 | 22 | 55 | 1/16 final |
2014–15 | 2-ci | 7 | 30 | 13 | 8 | 9 | 40 | 29 | 47 | 1/8 final |
2015–16 | 2-ci | 10 | 26 | 8 | 6 | 12 | 31 | 54 | 30 | 1/16 final |
2016–17 | 2-ci | 9 | 26 | 8 | 6 | 12 | 36 | 45 | 30 | 1/8 final |
Azərbaycan ikinci liqası 2023/2024 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 |