İnancoğulları bəyliyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

İnancoğulları bəyliyi və ya LADİK BƏYLİYİ olaraq da bilinir.1261–1368-ci illər arasında Ladik (Denizli) yörəsində hakimiyyətdə olan Anadolu bəyliyidir.

Tarixi

Monqol istilasından qaçaraq Ladik, Honas və Dalaman yörələrinə gələn Türkmanların uc bəylərinden Məhəmməd bəy, 1261-ci ildə Anadolu Səlcuqlu sultanı II İzzəddin Keykavusa qarşı üsyan etdi. Eyni il elxanlı hökmdarı Hülaku xana bağlı olaraq İnancoğulları bəyliyini qurdu. Amma Hülagûnun hüzuruna çıxarak ona bağlılığını bildirmeyi qəbul etməyincə, 1262-ci ildə kürəkəni Əli bəyin də yardım etdiyi elxanlılar tərəfindən yaxalanılaraq öldürüldü. bəyliyin başına Əli bəy (hd 1262–78) keçdi. Anadolu Səlcuqlularına bağlanan Əli bəy, 1277-ci ildə meydana gələn Cimri olayında Əlaəddin Siyavuşu dəstəklediyi üçün həbsə atıldı. Bundan sonra Ladikin idarəsi Sahibataoğulları bəyliyinın əlinə keçdi. 1310-cu ilə doğru Gərmiyanoğlu I Yaqub bəy, Ladiki alaraq zindanda ölən Əli bəyin oğlu İnanc bəyi bəyliyin başına gətirdi. Bəyliyi yenidən gücləndirən İnanc bəydən sonra oğlu Murad Arslan bəyin (hd 1335–68) və İshaq bəyin (hd 1360–68) idarə etdiyi İnancoğulları, Gərmiyanoğulları bəyliyinin 1368-ci ildə Ladiki almasıyla ortadan qalxdı.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər