Bu məqalə Zülqədəroğulları bəyliyi haqqındadır. Digər mənalar üçün Zülqədər səhifəsinə baxın. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Dulqədiroğulları bəyliyi və ya Zülqədəroğulları bəyliyi (həmçinin bax: Zülqədər eli) XIV yüzildən XVI yüzilin ilk yarılarına qədər Anadolu tarixində mühüm rol oynayan, Oğuzların Bozoqlar qoluna mənsub, bir türkmən xanədanı.
Tarixi dövlət | |
Dulqədiroğulları bəyliyi | |
---|---|
Dulkadiroğulları Beyliği | |
|
|
Paytaxt | Əlbistan, Qəhrəmanmaraş |
Rəsmi dilləri | Türk dili |
• 1337-1353 | Zeynəddin Qaraca bəy Zülqədər |
• 1515-1522 | Əli bəy Zülqədər |
Vikianbarda əlaqəli mediafayllar |
Anadoluya, Həsən bəy Zülqədər adlı bir bəyin idarəsində gələn və Zülqədərli bəyliyinin əsasını meydana gətirən bu ilk qrupun, Maraş və Əlbistan arasındakı yaylaq bölgəyə yerləşdikləri və daha sonra geniş bir əraziyə yayıldıqları məlumdur.
Bəyliyin qurucusu Zeynəddin Qaraca bəy Zülqədər, uyqur Ərətna bəyin əlindən Əlbistanı aldıqdan sonra məmlük sultanı Məlik Nasir Məhəmməddən naiblik fərmanını almağa müvəffəq oldu. Qaraca bəy zaman-zaman məmlük sultanlarına itaət etdisə də, bəzən onları qarşı duraraq Hələb şəhərini təhdid etdi. Bu arada Çuxurovadakı Sis ermənilərinə ağır zərbə endirdi. 1346-cı ildə Qabon qalasını ələ keçirdi. Bu müvəffəqiyyətlərinə güvənən Qaraca bəy, Məlik üz-Zahir ünvanıyla, 1348-ci ildə hökmdarlığını elan etdi. Ancaq Məmlüklər dövlətinə üsyan edən Hələb valisi Baybuğanı sultana təslim etməməsinə görə, tutularaq, 1353-cü ildə Qahirədə 83 yaşındaykən öldürüldü.
Qaraca bəydən sonra oğlu Xəlil bəy Zülqədər məmlüklər tərəfindən Əlbistan valiliyinə təyin edildi. Xəlil bəy Zülqədər dərhal sərhədlərini genişlətməyə girişdi və Maraş, Malatya, Harput və Amik tərəflərini ələ keçirdi. Məmlük sultanı Bərkuk davamlı olaraq üstünə basqın edən Xəlil bəyi ortadan qaldırmaq üçün fəaliyyətə keçti. Nəhayət, 1386-cı ildə Xəlil bəy Zülqədər bir sui-qəsd nəticəsində öldürüldü. Xəlil bəy həddindən artıq cəsarətli və qəhrəman bir bəy idi. Son dərəcə comərd olması səbəbi ilə xalq tərəfindən çox sevilir və sayılırdı. Onun ölümü ilə, yerinə balaca qardaşı Sülü bəy Zülqədər keçdi.
Süli bəy məmlüklərə qarşı, müvəffəqiyətli basqınlar etdi. Sultan Bərkuk, onun əmirliyini təsdiq etmək məcburiyyətində qaldı. Lakin 1394-cü ildə Güney Doğu Anadoluya gələn Əmir Teymuru Suriyanın fəthinə təşviq etdi. Buna görə Sultan Bərkuk onu yox etməyə qərar verdi. Bu səbəblə məmlük qüvvələri 1396-ci ilin mart ayında Süli bəyi ağır bir məğlubiyyətə uğratdılar. Bununla da sakitləşməyən Bərkuk bir sui-qəsd ilə onu öldürtdü. Süli bəyin ölümü ilə, Xəlil bəyin oğlu Nasirəddin Məhəmməd bəy Zülqədər bəyliyin başına keçdi.
Məhəmməd bəy Məmlüklər dövləti ilə dost kimi keçinirdi. Bu sırada Əmir Teymur, Əlbistan və Malatyanı almışdı. Əmir Teymura tabeçiliyini ərz edən Məhəmməd bəy, daha sonra Osmanlı taxtına keçən Sultan Çələbi Məmmədlə də dost kimi keçinirdi. Bunlarla yanaşı Ramazanoğulları ilə Qaramanoğullarına qarşı davamlı savaşdı. Məmlüklər bu xidmətinə qarşılıq olaraq ona Qeysəri şəhərini verdilər.Məhəmməd bəy 1443-cü ildə 77 yaşında ölənə qədər 45 il səltənət sürdü.
Məhəmməd bəydən sonra bəyliyin başına gələn oğlu Süleyman bəy Zülqədər Osmanlılar və Məmlüklərə qız vermək surətilə qohumluq yaratdı və bu dövlətlərlə olan dostluğunu sürdürərək, bəyliyin varlığını qorudu.
Süleyman bəy Zülqədər 1454-cü ildə öldürüldü. Daha sonra bəyliyin başına keçən Məlik Arslan bəy Zülqədər özünə qarşı olan qardaşı Şahbudaq bəy Zülqədərin göndərdiyi bir fədayi tərəfindən öldürüldü. Məmlük sultanı Qayıtbayın Şahbudaq bəyi Zülqədərli başçısı təyin etməsi, osmanlılarla aralarının pozulmasına səbəb oldu. Çünki Fateh Sultan Məhəmməd xan, Süleyman bəyin oğlu Şahsuvarı bu mövqeyə gətirmişdi. Şahbudaq bəy Misirə qaçdı. Osmanlıların himayəsindəki Şahsuvar bəy isə, məmlüklərə və ramazanoğullarına qarşı bir çox müvəffəqiyyətlər qazandısa da, Zamantı qalasındaykən məmlük qüvvətləri tərəfindən əsir alınaraq Qahirəyə aparıldı və orada 1472-ci ildə öldürüldü.
Məmlük sultanı Zülqədərli bəyliyinə yenidən Şahbudaq bəyi göndərdi. Ancaq bu dəfə də, Osmanlıların dəstəyini alan Əlaəddövlə Bozqurd bəy Zülqədər tərəfindən bəylikdən uzaqlaşdırıldı. Şahbudaq bəy Zülqədər 1492-ci ildə öldü.
Əlaüddövlə Osmanlılarla dost kimi keçindi. Ağqoyunluların əlindən Diyarbəkiri aldı. I Şah İsmayıl ilə mücadiləyə girişsə də, 1507-ci ildə ağır bir məğlubiyyətə uğradı. Daha sonra, Osmanlılara qarşı da cəbhə aldı. Zülqədərlilər üzərinə göndərilən Hadım Sinan paşa komandasındaki Osmanlı ordusu, Durnadağı savaşında onu yenərək ələ keçirdi və dörd oğluyla bərabər öldürüldü. Əlaüddövlənin yerinə Şahsüvaroğlu Əli bəy təyin edildi. Əli bəy Zülqədər Yavuz Sultan Səlimin yanında Misir yürüşünə qatıldı və göstərdiyi üstün qeyrətlər sayəsində sultan tərəfındən təltif edildi. Qanuni dönəmində Şam valisi Canberdi Qazali üsyanında osmanlılara önəmli xidmətlər göstərdi. Ancaq bu olaydan sonra, göstərdiyi müvəffəqiyyətlərdən də qürurlanaraq Osmanlıların əmrlərinə uymamağa başladı. Buna görə də Əli bəyin harəkətləri Osmanlı vəziri Fərhad paşanın qısqançlığına səbəb oldu. Bu səbəblə Fərhad pasa, Əli bəyi Iran səfərinə qatılmaq üzrə ordugahına dəvət etdi və onun qərargaha gəlməsinin ardından oğulları ilə bərabər qətl etdirdi (1522).
Onun ölümü ilə Zülqədərli torpaqları tamamilə Osmanlı dövlətinə qatılaraq bir bəylərbəylik halına gətirildi. Zülqədəroğulları bəyliyi torpaqlarından Maraş və Bozoq müstəqil sancaqlara çevrildi. 1531-ci ildə Zülqədərli əyaləti quruldu. Maraş mərkəz olmaq üzrə Antəp, Sis və Bozoq da bu əyalətə qəza olaraq bağlandı. Maraşın fəthindən sonra burada vəzifə daşıyan Osmanlı idarəçilərinə qarşı sıx-sıx üsyanlar başlandı.
1526-cı ildə Söklənoğlu Musa bəy üsyanı ortaya çıxtı. Bu üsyanın arxasından Atmaca adlı bir nəfər baş qaldırdı. Atmaca Qaraman bəylərbəyi Xürrəm paşanı məğlubiyyətə uğratdı. Sivas bəylərbəyi Hüseyn paşa da Atmaca qarşısında məğlub oldu. Olduqca qapsamlı olaraq ortaya çıxan bu üsyana Zülqədərli camaatından bir çox insan qatıldı. Atmaca üsyanının yatırılmasından sonra zülqədərlililərdən Zünunoğlu ayaqlandı. Zünunoğlu Osmanlılara yenilərək İrana qaçdı.
Eyni illərdə Maraş və Əlbistan çevrəsində Qələndər Çələbi ətrafına 30.000 nəfər toplayaraq böyük bir üsyan başladı. Torpaqları əllərindən alınmış Zülqədərli camaatından bir çoxu bu üsyana qatıldı. Sədrəzəm İbrahim paşa Zülqədərli camaatına əski dirliklərinin veriləcəyini vəd edərək bu üsyanın yatırılmasına çalışdı. Qanuni dönəmində Maraş bölgəsində olan bu üsyan hərəkətləri nəticəsində şəhər böyük zərər gördü. Bu üzdən yıxılan və xarab edilən Maraş qalası Qanuni zamanında təmir edildi.
Zülqədərlilərin İran istiqamətinə və özəlliklə Azərbaycana köçlərinin olduğu da bilinir. Əli Sinan Bilgili "Azərbaycan türkmənləri tarixi" adlı məqaləsində Şeyx Heydər dönəmində Maraş torpaqlarından bir qisim türkmanların Azərbaycan torpaqlarına köçdüklərini qəti olaraq sübut etmişdir. Azərbaycanın Qaraağaç (hazırkı Ağcabədi), Kəlbəcər, Gəncə, Qarabağ, Xoy, Aran və Dağıstan sınırında yaşayan türkmanlar (tərəkəmələr) Zülqədərli adıyla anılırdı.
Azərbaycana köçən Zülqədərli türkmanları arasında Qavurgalı, Söklən, Şəmsəddinli, Eymür, Hacılar, Sarışeyxli, Camışlı, Çiçəkli adlarına rastlanır.
Hakimiyyət illəri | Adları |
---|---|
1337-1353 | Zeynəddin Qaraca bəy Zülqədər |
1353-1386 | Qarsəddin Xəlil bəy Zülqədər |
1386-1398 | Şaban Sülü Sevdi bəy |
1398-1399 | Sədəqə bəy |
1399-1442 | Nasirəddin Məhəmməd bəy Zülqədər |
1442-1454 | Süleyman bəy Zülqədər |
1454-1465 | Məlik Arslan bəy Zülqədər |
1465-1467 | Şahbudaq bəy Zülqədər |
1467-1472 | Məlikmüzəffər Şahsuvar bəy Zülqədər |
1472-1480 | Şahbudaq bəy Zülqədər |
1480-1515 | Əlaüddövlə Bozqurd bəy Zülqədər |
1515-1522 | Əli bəy Zülqədər |
DULQƏDİROĞLU BƏYİ |
ZEYNƏDDİN QARACA BƏY (1)(1337-1353) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
DULQƏDİROĞLU DAVUD BƏY | QARSƏDDİN XƏLİL BƏY (2)(1353-1386) | DULQƏDİROĞLU İSA BƏY | DULQƏDİROĞLU İBRAHİM BƏY | DULQƏDİROĞLU OSMAN BƏY | ŞABAN SÜLÜ BƏY (3)(1386-1398) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
DULQƏDİROĞLU ƏLƏDDİN ƏLİ BƏY | NASİRƏDDİN MEHMED BƏY (5)(1398-1442) | DULQƏDİROĞLU ƏBDÜRRƏZZAQ BƏY | DULQƏDİROĞLU TUĞRAK BƏY | SƏDƏQƏ BƏY (4)(1398-1399) | ƏMİNƏ XATUN | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
DULQƏDİROĞLU HƏMZƏ BƏY | SÜLEYMAN BƏY (6)(1442-1454) | DULQƏDİROĞLU FƏYYAZ BƏY | DULQƏDİROĞLU RÜSTƏM BƏY | DULQƏDİROĞLU DAVUD BƏY | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
... XATUN | MƏLİKMÜZƏFFƏR ŞAHSÜVAR BƏY (9)(1466-1472) | DULQƏDİROĞLU ƏBDÜRRƏZZAQ BƏY | MƏLİK ARSLAN BƏY (7)(1454-1465) | ŞAHBUDAQ BƏY (8)(1465-1466) (10)(1472-1480) | DULQƏDİROĞLU İSA BƏY | ƏLAÜDDÖVLƏ BOZQURD BƏY (11)(1479-1515) | SİTTİ-MÜKRİMƏ XATUN | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ŞAHSÜVAROĞLU ƏLİ BƏY (12)(1515-1522) | DULQƏDİROĞLU QASIM BƏY | DULQƏDİROĞLU ƏMİRASLAN BƏY | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
BƏNLİ XATUN | DULQƏDİROĞLU ŞAHRUX BƏY | DULQƏDİROĞLU ƏHMƏD BƏY | DULQƏDİROĞLU TURAQ BƏY | DULQƏDİROĞLU SÜLEYMAN BƏY | DULQƏDİROĞLU ƏRDİVAN BƏY | AYŞƏ XATUN | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
DULQƏDİROĞULLARI SÜLALƏSİ | |
QAZİ BURHANƏDDİNİN AİLƏSİ | |
OSMANLI SÜLALƏSİ | |
BURCİ MƏMLÜKLƏRİ | |
AĞQOYUNLU BAYANDUR SÜLALƏSİ |
QAZİ BÜRHANƏDDİN (1381-1398) | ... XATUN | ZEYNƏDDİN QARACA BƏY (1337-1353) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
HƏBİBƏ SƏLCUQ XATUN | ŞABAN SÜLÜ BƏY (1386-1398) | ... XATUN | RAHATOĞLU ƏLƏDDİN ƏLİ BƏY | QARSƏDDİN XƏLİL BƏY (1353-1386) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
... XATUN | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
XƏDİCƏ MİSRİ XATUN | NASİRƏDDİN MEHMED BƏY (1398-1442) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ÇƏLƏBİ MEHMED (1413-1421) | ƏMİNƏ XATUN | RÜSTƏM BƏY | SÜLEYMAN BƏY (1442-1454) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
II MURAD (1421-1444) (1446-1451) | ŞƏMSİMAH XATUN | ƏLAÜDDÖVLƏ BOZQURD BƏY (1479-1515) | MƏLİK ARSLAN BƏY (1454-1465) | MƏLİKMÜZƏFFƏR ŞAHSÜVAR BƏY (1466-1472) | ŞAHBUDAQ BƏY (1465-1466) (1472-1480) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
UZUN HƏSƏN (1468-1478) | FATEH SULTAN MEHMED (1444-1446) (1451-1481) | SİTTİ-MÜKRİMƏ XATUN | ŞAHSÜVAROĞLU ƏLİ BƏY (1515-1522) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
SULTAN YAQUB (1478-1490) | II BƏYAZİD (1481-1512) | AYŞƏ XATUN | SEYFƏDDİN ÇAXMAQ (1438-1453) | ... XATUN | ŞƏHABƏDDİN ƏHMƏD (1461) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
SULTAN MURAD (1499-1508) | BƏNLİ XATUN | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||