Təkəoğulları bəyliyi — Rum Səlcuqlu dövlətinin süqutundan sonra Antalyada və ona yaxın bölgələrdə yaranmış Anadolu bəyliyi.
Antalyanın adı Türkiyə Respublikasına qədər Təkə olaraq qalmıştır. Şimalda olan Həmidoğulları bəyliyi ilə qonşu idilər. Antalyada yerləşən Təkə yarımadası öz adını Təkəoğullarından götürmüşdür.
Fələküddin Dündar bəy, atası İlyas və babası Həmid, Səlcuqlar dövründə bir uc bəyi idilər. Dündar bəyin qardaşı Yunus bəy Antalya və Korkuteli mərkəzli Təkəoğulları bəyliyini qurdu. Bəyliyin şimalında Həmidoğulları bəyliyi yerləşirdi.
İranda hakimiyyət sürən Hülakü hökmdarı Bahadur xanın sərkərdələrindən olan Əmir Çobana Anadoluda tabe olmayanlar içində Dündar bəy də vardı. Əmir Çoban, Hülakülər imperiyasında hakimiyyəti tam ələ keçirdikdən sonra oğlu Dəmirdaşı Anadoluya vali göndərdi. Dəmirdaş Anadoluya gəldikdən sonra kəndliləri özünə tabe etməyə çalışdı. Həmid bəy fürsətdən istifadə edərək Dündar bəyin tutulmasını təşkil etdi və Dündar bəy öldürüldü. Həmid bəyə köməklik göstərən Yunus bəyin oğlu Mahmud bəy Təkəoğulları bəyliyinə hakim təyin edildi.
Təkəoğullarının kökü bilinməsə də, Əbülqazi, Təkə ilə birlikdə Sarık və Yomut oymaqlarını "Dış Salur" (taşki Salur) adı altında təsvir etmiş və onların 10-cu əsrdə indiki Türkmənistan ərazisindəki Kürən-Dağ və Balkan bölgəsində yaşadıqlarından bəhs etmişdir[1].
Tarix[2] | Türkcə adı | Oğlu | Qeydlər | |
---|---|---|---|---|
1321 — ? | Yunus | İlyas | ||
? −1327 | Mahmud | Yunus | ||
1327–1372 | Sinânüddin Hızır | Yunus | ||
1372 — ?[2] | Mübârizüddin Mehmet | Mahmud | ||
? −1391 | Osman Çələbi | Mehmet | İlk dönəm. | |
1391–1402 | Osmanlı imperiyasına ilhaqı | |||
1402–1423 | Osman Çələbi | Mehmet | İkinci dönəm. | |
1423 | Osmanlı imperiyasına tam ilhaq |