İntizam Rəhimov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İntizam Rəhimov
Şəxsi məlumatlar
Doğum tarixi 4 yanvar 1959(1959-01-04)
Doğum yeri
Vəfat tarixi 5 iyul 1992(1992-07-05) (33 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Rütbəsi Baş leytenant
Döyüşlər

İntizam Əhməd oğlu Rəhimov (4 yanvar 1959, Qumlaq, Vartaşen rayonu5 iyul 1992, Naxçıvanik, Xocalı rayonu) — Baş leytenant, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

İntizam Rəhimov 4 yanvar 1959-cu ildə Oğuz rayonunun Qumlaq kəndində anadan olmuşdur. 1966–1976-cı illərdə həmin kənd məktəbində oxumuşdur. 1978–1980-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət etmişdir. İntizam Rəhimov 1982-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun hərbi hazırlıq fakültəsinə qəbul olmuş və 1986-cı ildə həmin fakültəni bitirmişdir. 1987-ci ildə Oğuz rayon Padar kənd orta məktəbində, daha sonra isə Tayıflı kənd orta məktəbində gənclərin çağırışa qədər hərbi hazırlıq müəllimi işləmişdir.

Ailəsi

İntizam Rəhimovun ocağında 3 qız övladı doğulub boya başa çatmışdır: Aynurə Rəhimova, Dünya Rəhimova və İntizamə Rəhimova.

Hərbi xidməti

İntizam Rəhimovun məzarı

Qarabağ müharibəsi başlayanda 1992-ci ilin 14 iyununda İntizam könüllü olaraq vətənin müdafiəsinə yollanmışdır. 1992-ci il "Oğuz yurdu" qəzetində İntizam Rəhimova həsr olunmuş "Yarımçıq qalmış ömür" adlı məqalə dərc olunmuşdur.

1992-ci il iyul ayının 5-də Ağdamın Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

İrsi və xatirəsi

  • İntizam Rəhimovun adı əbədiləşdirilmiş, oxuduğu Qumlaq kənd tam orta məktəbi[1] və Oğuz şəhərindəki hərbi komissarlığın yerləşdiyi küçə İntizam Rəhimovun adını daşıyır.[2]

İstinadlar

  1. "İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbi". 2024-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-06.
  2. "Şəhid baş leytenant Rəhimov İntizam Əhməd oğlunun xatirəsi yad edilib". 2024-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-06.