İntizam Əhməd oğlu Rəhimov (4 yanvar 1959, Qumlaq, Vartaşen rayonu – 5 iyul 1992, Naxçıvanik, Xocalı rayonu) — Baş leytenant, Birinci Qarabağ müharibəsi şəhidi.
İntizam Rəhimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 yanvar 1959 |
Doğum yeri | |
Vəfat tarixi | 5 iyul 1992 (33 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | Baş leytenant |
Döyüşlər |
İntizam Rəhimov 4 yanvar 1959-cu ildə Oğuz rayonunun Qumlaq kəndində anadan olmuşdur. 1966–1976-cı illərdə həmin kənd məktəbində oxumuşdur. 1978–1980-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət etmişdir. İntizam Rəhimov 1982-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun hərbi hazırlıq fakültəsinə qəbul olmuş və 1986-cı ildə həmin fakültəni bitirmişdir. 1987-ci ildə Oğuz rayon Padar kənd orta məktəbində, daha sonra isə Tayıflı kənd orta məktəbində gənclərin çağırışa qədər hərbi hazırlıq müəllimi işləmişdir.
İntizam Rəhimovun ocağında 3 qız övladı doğulub boya başa çatmışdır: Aynurə Rəhimova, Dünya Rəhimova və İntizamə Rəhimova.
Qarabağ müharibəsi başlayanda 1992-ci ilin 14 iyununda İntizam könüllü olaraq vətənin müdafiəsinə yollanmışdır. 1992-ci il "Oğuz yurdu" qəzetində İntizam Rəhimova həsr olunmuş "Yarımçıq qalmış ömür" adlı məqalə dərc olunmuşdur.
1992-ci il iyul ayının 5-də Ağdamın Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.