Tayıflı — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.
Tayıflı | |
---|---|
41°00′18″ şm. e. 47°30′26″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 479 m |
Saat qurşağı | |
Kəndin əsl adı Tayıblıdır. "B" səsinin "f" ilə əvəzlənməsi Azərbaycan dilinin qərb qrupu üçün və eləcə də bir sıra türk dilləri üçün səciyyəvidir. Yaşayış məntəqəsinin adı keçmişdə maldarlıqla məşğul olmuş tayıblı nəslinin adı ilə bağlıdır. Kəndin ərazisi vaxtilə həmin nəslin əkin yeri olmuşdur.[1]
"Tayıflı" sözü üç hissədən ibarətdir: tay-ıf-lı. "Tay"ın "Azərbaycan dilinin izahlı lüğəti"ndə[2] iki məna daşıdığı bildirilir: 1) bərabər, münasib, 2) qoşa şeylərdən biri – dağın, dərənin, çayın tərəflərindən biri. Kəndin mərkəzindən keçən yol vaxtilə çay olmuş, bu çayın hər iki tayında, tərəfində evlər tikilmiş, kənd salınmışdır. "Tay" həm də ucalığı bildirir. "Altay" sözündə (al-tay, yəni "uca dağ") olduğu kimi. Kənd də çayın yatağına nisbətən sahilindəki ucalıqlarda salınmışdır. Sözdəki "ıf" hissəciyi "lətif", "tərif", "zərif" sözlərində olduğu kimi, sifət bildirir. "lı" isə mənsubiyyət bildirən şəkilçidir. Deməli, "Tayıflı" – "ucada, yüksəklikdə olanlar", yaxud, "o tayda, bu tayda qərar tutanlar" anlamına gəlir.
Kənd Qalaçayın sahilində, Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 15 km cənub-şərqdə, Şirvanlı kəndinin qərbində yerləşir. Rayon mərkəzindən Tayıflıya avtobus marşrutu işləyir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 687 nəfər yaşayır.[3]
Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, əkinçilik, bağçılıq və tərəvəzçilik təşkil edir. Kənddə ticarət köşkləri var. Təbii qaz xətti çəkilmişdir.
Kənddə klub, kitabxana, 32 telefon mövcuddur.
Kənddə tam orta məktəb fəaliyyət göstərir.
Kənddə tibb məntəqəsi var.
Oğuz rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |