İraqiyyə Tv

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İraqiyyə Tv
Loqonun şəkli
Ölkə İraq İraq
Dil türkmən dili
Baş qərargah
Yaranma tarixi 14 aprel 2003
Sahibi İraq hökuməti
Sayt www.imn.iq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İraqiyyə Tv — İraq Kommunikasiya Şəbəkəsinin əsas yayımı olan “İraqiyyə” TV ləğv edilmiş “İraq” televiziya kanalının yerinə yaradılıb. Bu gün “İraqiyyə” TV İraqda xalqın istəklərini yerinə yetirən, topluluqlara bərabər şəkildə yer ayıran və İraq televiziyaları arasında dövlət yayım siyasəti həyata keçirən bir televiziya kanalıdır.[1]

Yaranma tarixi

“İraq” televiziya kanalının yerinə yaradılmış İraqiyyə Tv 2003-cü il aprelin 14-də əvvəlcə radio yayımı ilə işə başlayıb. 2003-cü il mayın 1-də Səddamın Konqreslər Sarayında olan studiyada yayıma başlayıb.

Fəaliyyəti haqqında

Digər şəhərlərdə dövlətə bağlı televiziya kanalları öz imkanları ilə bəzi xəbər və proqramlar təqdim etməyə başlayıb. Daha sonra isə dövlətin digər rəsmi kanalları fəal şəkildə işə başlayıb.

Reach Society” təşkilatının apardığı araşdırma nəticəsində İraqda yayımlanan təxminən 100-ə yaxın televiziya kanalı arasında “İraqiyyə” TV 1-ci yerdədir. İraqda əhəmiyyətli KİV olan “İraqiyyə” TV ərəb dünyasında təşkil edilmiş festivallarda təmsil olunub. Telekanal XI Qahirə Radio və Televiziya Festivalı, 2007 Krtaç (Morokko) Radio və Televiziya festivallarına qatılıb. 2007-ci ilin sonuna qədər media 75 şəhid və 68 yaralı verib.[1]

Mükafatları

Qahirədə 500 veriliş arasında “Bütün İraq evimdir” verilişi ilə gümüş mükafat qazanıb.

İstinadlar

  1. 1 2 Dr. Şəmsəddin Kuzəçi. İraq mətbuat tarixi (1869-2019). Bakı: “CBS”. səh. 105-106. ISBN 978-9952-516-66-1..