Şahzadə Astrid sahili

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şahzadə Astrid sahili (Antarktida)
Şahzadə Astrid sahili
Şahzadə Astrid sahili Antarktida xəritəsində

Şahzadə Astrid sahili[1] (ing. Princess Astrid Coast) — Şərqi Antarktidanın Kraliça Mod Torpağı sahilini təşkil edir. Sahil ərazisi 5° və 20° şərq uzunluqları arasında qərarlaşır[2] .

Sahil demək olarr ki, şelf buzlağı üzərində yerləşmişdir. Buzlaqlar hündür sıldırımlı qayalar əmələ gətirir. Mərkəzi hissəsində Şirmaher vahəsi yerləşir. 1961-ci ildən burada SSRİ-nin "Novolazarevskaya" stansiyası yerləşir. Hazırda bu stansiya Rusiyaya məxsusdur. 1959-1961-ci illər ərzində bu regionda Lazarev stansiyası fəaliyyət göstərmişdir.

Şahzadə Astrid sahili 1931-ci ildə Norveç balina ovunu təşkil edən gəmilər tərəfindən kəşf edilmiş və 1932-ci ildə norveçli şahzadə Astridin şərəfinə adlandırılmışdır.

İstinadlar

  1. "SCAR Gazetteer Ref. No 11623 Prinsesse Astrid Kyst". 2022-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-10.
  2. "SCAR Gazetteer Ref. No 11623 Princess Astrid Coast". 2022-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-10.

Mənbə