Şahzadə Astrid sahili[1] (ing. Princess Astrid Coast) — Şərqi Antarktidanın Kraliça Mod Torpağı sahilini təşkil edir. Sahil ərazisi 5° və 20° şərq uzunluqları arasında qərarlaşır[2] .
Sahil demək olarr ki, şelf buzlağı üzərində yerləşmişdir. Buzlaqlar hündür sıldırımlı qayalar əmələ gətirir. Mərkəzi hissəsində Şirmaher vahəsi yerləşir. 1961-ci ildən burada SSRİ-nin "Novolazarevskaya" stansiyası yerləşir. Hazırda bu stansiya Rusiyaya məxsusdur. 1959-1961-ci illər ərzində bu regionda Lazarev stansiyası fəaliyyət göstərmişdir.
Şahzadə Astrid sahili 1931-ci ildə Norveç balina ovunu təşkil edən gəmilər tərəfindən kəşf edilmiş və 1932-ci ildə norveçli şahzadə Astridin şərəfinə adlandırılmışdır.