Əşrəf Əliyev (güləşçi)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əşrəf Əliyev
Şəxsi məlumatlar
Tam adı Əşrəf Paşa oğlu Əliyev
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 29 iyul 1986(1986-07-29) (37 yaş)
Doğum yeri
Boyu 175 sm. (5 ft 8 in)
İdman növü Güləş
Karyera illəri —2016

Əşrəf Əliyev (29 iyul 1986, Giləzi, Abşeron rayonu) — Azərbaycanı təmsil edən sərbəst güləşçisi.[1]

Karyerası

Əşrəf Əliyev Qızıl Qran-Pri beynəlxalq turnirlərini 2008 və 2010-cu illərdə 8-ci pillədə, 2009-cu ildə isə 5-ci pillədə başa vurdu.[2] 2010-cu ilin avqustunda Finlandiyada baş tutan hərbçilər arasında Dünya Çempionatının bürünc medalına sahib olan Əşrəf Əliyev 2011-ci ilin mayında Əli Əliyev beynəlxalq turnirini, iyulunda da Qızıl Qran-Pri beynəlxalq turnirini gümüş medallarla başa vurdu.[2] 2011-ci ilin sentyabrında isə Əşrəf Əliyev İstanbul şəhərində baş tutan Dünya Çempionatında bürünc medala sahib oldu.[2] Əşrəf Əliyev həmdə olimpiya lisenziyasını da əldə elədi.[2]

2012-ci ildə olimpiadadan əvvəl Əşrəf Əliyev fevralda Yaşar Doğu beynəlxalq turnirinin bürünc, iyunda da Almaniya Qran-Prisinin gümüş medalına sahib oldu.[2] Avqustda isə Əşrəf Əliyev Azərbaycanı olimpiada da təmsil elədi.[2] Əşrəf Əliyev olimpiadanın təsnifat mərhələsində Yaponiya nümayəndəsi Sosue Tahatani ilə üz-üzə gəldi.[3] Görüşün birinci hissəsində rəqibinə 1:0 hesabı ilə qalib gələn Əşrəf Əliyev növbəti hissədə də rəqibi üzərində 1:0 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.[3] Bu mərhələdə onun rəqibi Dünya və Avropa Çempionatlarının qalibi Rusiya nümayəndəsi Denis Tsarquş oldu.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində Əliyev, növbəti hissəsində isə Tsarquş minimal hesabla qalib gəldi və görüşün taleyi üçüncü hissədə həll oldu.[3] Həlledici hissədə Əşrəf Əliyev rəqibinə 0:1 hesabı ilə məğlub oldu.[3] Rəqibi final görüşünə vəsiqə qazanmadığına görə Əşrəf Əliyev təsəlliverici qrupda da mübarizə apara bilmədi və olimpiadanı 8-ci pillədə başa vurdu.[3] İlin sonunda isə Əşrəf Əliyev Qızıl Qran-Pri beynəlxalq turnirini onuncu pillədə başa vurdu.[2]

2013-cü il ərzində Əşrəf Əliyev İspaniya Qran-Prisinin və Poland Open beynəlxalq turnirlərinin gümüş medallarına, Qızıl Qran-Pri beynəlxalq turnirinin isə bürünc medalına sahib oldu.[2]

Karyerasında tədricən zəifləmə olan Əşrəf Əliyev 2014-cü il ərzində D. Kolov - N. Petrov beynəlxalq turnirində, Əli Əliyev beynəlxalq turnirində və Qızıl Qran-Pri beynəlxalq turnirində uğursuz çıxış elədi, sentyabrda isə Dünya Çempionatını 8-ci pillədə başa vurdu.[2]

2015-ci il ərzində də beynəlxalq turnirlərdə medala sahib olmayan Əşrəf Əliyev 2016-cı ilin sentyabrında hərbçilər arasında Dünya Çempionatında bürünc medala sahib oldu.[2] 2016-cı ildə idmanla vidalaşdı.[2]

Nəticələri

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
2008
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
8.
2
2009
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
5.
3
2010
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
8.
4
Hərbçilərin Dünya Çempionatı Finlandiya Finlandiya
3.
5
2011
Əli Əliyev Turniri Rusiya Rusiya
2.
6
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
2.
7
Dünya Çempionatı Türkiyə Türkiyə
3.
8
FILA Test Turniri Böyük Britaniya Birləşmiş Krallıq
3.
9
2012
Yaşar Doğu Turniri Türkiyə Türkiyə
3.
10
Almaniya Qran-Prisi Almaniya Almaniya
2.
11
Olimpiya Oyunları Böyük Britaniya Birləşmiş Krallıq
8.
12
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
10.
13
2013
İspaniya Qran-Prisi İspaniya İspaniya
2.
14
Poland Open Polşa Polşa
2.
15
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
3.
16
2014
D. Kolov - N. Petrov Bolqarıstan Bolqarıstan
8.
17
Əli Əliyev Turniri Rusiya Rusiya
16.
18
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
10.
19
Dünya Çempionatı Özbəkistan Özbəkistan
8.
20
2015
Əli Əliyev Turniri Rusiya Rusiya
12.
21
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
8.
22
2016
Hərbçilərin Dünya Çempionatı Şimali Makedoniya KYRM
3.
23
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
7.

İstinadlar

  1. Olympedia.org. "Əşrəf ƏLİYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 International Wrestling Database. "ASHRAF ALIYEV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2020-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  3. 1 2 3 4 5 6 Olympedia.org. "2012 Summer Olympics / Wrestling / Middleweight (74 Kilograms) / Freestyle / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.