Giləzi – Azərbaycanın Xızı rayonunda qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Giləzi kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Giləzi kənd Soveti ləğv edilərək, Giləzi şəhər tipli qəsəbəsi mərkəz olmaqla Giləzi qəsəbə Soveti yaradılmışdır.[1]
Giləzi | |
---|---|
40°52′04″ şm. e. 49°20′26″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 5 m |
Saat qurşağı | |
Əsl adının Gilyazı olduğu göstərilir. Tədqiqatçıların fikrincə, oykonim gil və yazı (düzən) sözlərindən düzəlib, "gil torpaqlı düzən" mənasındadır. XIV əsrdə Barmaq dağının yaxınlığında Giləzi adlı yer olduğu göstərilir. 1870-ci ildə kəndin yerində poçt məntəqəsi (çaparxana) vardı. Sonralar poçt məntəqəsi dəmir yolu stansiyasına, daha sonralar isə yaşayış məntəqəsinə çevrilmışdir. Oykonimi "gil çölü, gil düzü" kimi də izah etmək olar. Kəndin yaranmasında Gərmiyan, Upa, Xəl, Gədi kimi hal-hazırda yaşayış olmayan kəndlərin əhalisinin böyük rolu var.[2]
Qəsəbə Bakı şəhərindən 73 km şimalda, Xızı rayonun mərkəzindən 30 km aralıda, Böyük Qafqaz dağları ilə Xəzər dənizi arsında, düzənlikdə yerləşir. İqlimi yayı quraq keçən yarımsəhra quru çöl iqlim tipidir. Yağışlar əsasən oktyabr-aprel ayları arasında düşür. Yaxınlığında yay aylarında quruyan Tıxlı çayı keçir. İlin böyük bir əksəriyyətində xəzri və gilavar adlanan küləklər əsir.
Əhalinin sayı 2011-ci il statistikasına görə 3500 nəfərdən çoxdur.
Qəsəbədə Giləzi yem zavodu, Giləzi Kərpic Zavodu və Asfalt zavod fəaliyyət göstərir. Bundan başqa əhali əsasən heyvandarlıq və kiçik ticarətlə məşğul olur.
Xızı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |