Əşrəf Əliyev (29 iyul 1986, Giləzi, Abşeron rayonu) — Azərbaycanı təmsil edən sərbəst güləşçisi.[1]
Əşrəf Əliyev | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||
Tam adı | Əşrəf Paşa oğlu Əliyev | |||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||
Doğum tarixi | 29 iyul 1986 (38 yaş) | |||||||
Doğum yeri | ||||||||
Boyu | 175 sm. (5 ft 8 in) | |||||||
İdman növü | Güləş | |||||||
Karyera illəri | —2016 | |||||||
Medallar
|
Əşrəf Əliyev Qızıl Qran-Pri beynəlxalq turnirlərini 2008 və 2010-cu illərdə 8-ci pillədə, 2009-cu ildə isə 5-ci pillədə başa vurdu.[2] 2010-cu ilin avqustunda Finlandiyada baş tutan hərbçilər arasında Dünya Çempionatının bürünc medalına sahib olan Əşrəf Əliyev 2011-ci ilin mayında Əli Əliyev beynəlxalq turnirini, iyulunda da Qızıl Qran-Pri beynəlxalq turnirini gümüş medallarla başa vurdu.[2] 2011-ci ilin sentyabrında isə Əşrəf Əliyev İstanbul şəhərində baş tutan Dünya Çempionatında bürünc medala sahib oldu.[2] Əşrəf Əliyev həm də olimpiya lisenziyasını da əldə elədi.[2]
2012-ci ildə olimpiadadan əvvəl Əşrəf Əliyev fevralda Yaşar Doğu beynəlxalq turnirinin bürünc, iyunda da Almaniya Qran-Prisinin gümüş medalına sahib oldu.[2] Avqustda isə Əşrəf Əliyev Azərbaycanı olimpiada da təmsil elədi.[2] Əşrəf Əliyev olimpiadanın təsnifat mərhələsində Yaponiya nümayəndəsi Sosue Tahatani ilə üz-üzə gəldi.[3] Görüşün birinci hissəsində rəqibinə 1:0 hesabı ilə qalib gələn Əşrəf Əliyev növbəti hissədə də rəqibi üzərində 1:0 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.[3] Bu mərhələdə onun rəqibi Dünya və Avropa Çempionatlarının qalibi Rusiya nümayəndəsi Denis Tsarquş oldu.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində Əliyev, növbəti hissəsində isə Tsarquş minimal hesabla qalib gəldi və görüşün taleyi üçüncü hissədə həll oldu.[3] Həlledici hissədə Əşrəf Əliyev rəqibinə 0:1 hesabı ilə məğlub oldu.[3] Rəqibi final görüşünə vəsiqə qazanmadığına görə Əşrəf Əliyev təsəlliverici qrupda da mübarizə apara bilmədi və olimpiadanı 8-ci pillədə başa vurdu.[3] İlin sonunda isə Əşrəf Əliyev Qızıl Qran-Pri beynəlxalq turnirini onuncu pillədə başa vurdu.[2]
2013-cü il ərzində Əşrəf Əliyev İspaniya Qran-Prisinin və Poland Open beynəlxalq turnirlərinin gümüş medallarına, Qızıl Qran-Pri beynəlxalq turnirinin isə bürünc medalına sahib oldu.[2]
Karyerasında tədricən zəifləmə olan Əşrəf Əliyev 2014-cü il ərzində D. Kolov - N. Petrov beynəlxalq turnirində, Əli Əliyev beynəlxalq turnirində və Qızıl Qran-Pri beynəlxalq turnirində uğursuz çıxış elədi, sentyabrda isə Dünya Çempionatını 8-ci pillədə başa vurdu.[2]
2015-ci il ərzində də beynəlxalq turnirlərdə medala sahib olmayan Əşrəf Əliyev 2016-cı ilin sentyabrında hərbçilər arasında Dünya Çempionatında bürünc medala sahib oldu.[2] 2016-cı ildə idmanla vidalaşdı.[2]
Qızıl Qran-Pri | Azərbaycan | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Hərbçilərin Dünya Çempionatı | Finlandiya | |||
Əli Əliyev Turniri | Rusiya | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Dünya Çempionatı | Türkiyə | |||
FILA Test Turniri | Birləşmiş Krallıq | |||
Yaşar Doğu Turniri | Türkiyə | |||
Almaniya Qran-Prisi | Almaniya | |||
Olimpiya Oyunları | Birləşmiş Krallıq | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
İspaniya Qran-Prisi | İspaniya | |||
Poland Open | Polşa | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
D. Kolov - N. Petrov | Bolqarıstan | |||
Əli Əliyev Turniri | Rusiya | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Dünya Çempionatı | Özbəkistan | |||
Əli Əliyev Turniri | Rusiya | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Hərbçilərin Dünya Çempionatı | KYRM | |||
Qızıl Qran-Pri | Azərbaycan |