Əfrasiyab

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
"Şahnamə"dən səhnə. Əfrasiyab (ayaqda duran fiqur) Nəuzarı (uzanmış vəziyyətdə) edam edir.

Əfrasiyab (fars. افراسياب‎; avest. Fraŋrasyan) — Turanın mifik padşahı və qəhrəmanı. O, Firdovsinin qələmə aldığı "Şahnamə" dastanının əsas antaqonistidir.

Təsviri

Şah Təhmasibin "Şahnamə"sində Əfrasiyabın təsviri.

İran şairi Firdovsinin "Şahnamə" əsərinə görə, Əfrasiyab Turan şahı və qəhrəmanı, İranın baş düşməni olmuşdur. İran mifologiyasında Əfrasiyab bütün Turan padşahlarının ən görkəmlisi hesab olunur. O, nəhəng döyüşçü, mahir sərkərdədir, İran sivilizasiyasını məhv etmək üçün sehrli aldatma gücünə malik Əhrimənin müttəfiqidir.[1]

İslam mənbələrinə görə, Əfrasiyab İran mifik padşahı Firidunun üç oğlundan biri olan Turun nəslindən idi.[2]

Hipotezlər

Ernst Hertzfeld hesab edirdi ki, Parsond adı etimoloji cəhətdən Əfrasiyab adı ilə eynidir.[3][4][5][6] Təbəri əsərlərində Eftalit şahı Axşunvar və ya Axşunvaz adı ilə törəmə Əfrasiyabdan bəhs edir.[7]

İstinadlar

  1. Yarshater, E., "Afrasiab", Encyclopædia Iranica - digital library; accessed January 18, 2007.
  2. Nyberg H. S., Die Religionen des Alten Iran, Berlin (1938), p. 257
  3. Kramers, Johannes Hendrik. Analecta Orientalia: Posthumous Writings and Selected Minor Works (ingilis). E.J. Brill. 1954. 247. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
  4. Herzfeld, Ernst. Zoroaster and His World by Ernst Herzfeld (ingilis). Princeton University Press. 1947. 707–708. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
  5. Dulęba, Władysław. The Cyrus Legend in the Šāhnāme (ingilis). Enigma Press. 1995. 63, 80. ISBN 978-83-86110-19-3. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
  6. Herzfeld, Ernst. Archaeologische Mitteilungen aus Iran (alman). Dietrich Reimer. 1982. 179. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
  7. Tabakov, Dimitŭr. The horizon of knowledge: Bulgarians through the centuries (bolqar). Propeller 92. 1999. 165. ISBN 978-954-9669-39-8. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.

Xarici keçidlər