Əfrasiyab Vəkilov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əfrasiyab Vəkilov
Əfrasiyab Paşa oğlu Vəkilov
Doğum tarixi 1920
Doğum yeri
Vəfat tarixi 2004
Elm sahələri filologiya, türkologiya, filoloq
İş yerləri
Təhsili
Elmi rəhbəri Andrey Kononov
Mükafatları 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Döyüş xidmətlərinə görə" medalı "Leninqradın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Əmək veteranı" medalı
Azərbaycan SSR əməkdar ali məktəb işçisi

Əfrasiyab Paşa oğlu Vəkilov (1920, Bakı2004) — Azərbaycan SSR əməkdar ali məktəb işçisi (1991). Görkəmli sovet türkoloqu, filoloq, Leninqrad Universiteti, Şərqşünaslıq fakültəsinin dekanının müavini. Rusiyanın fəxri ali məktəb işçisi "Azərbaycan SSR əməkdar ali məktəb işçisi" fəxri adı verilmişdir. "Vətən müharibəsi" ordeni, "Döyüş xidmətlərinə görə" medalı, "Leninqradın müdafiəsinə görə" medalı, "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı, "Əmək veteranı" medalı ilə təltif olunmuşdur. Səməd Vurğun və Mehdixan Vəkilovun əmisi oğludur. Yuxarı Salahlı kəndindəndir, Bakı şəhərində anadan olub.

Fəaliyyəti

1920-ci ildə anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır.

Moskva Aviasia Məktəbində təhsilini yarımçıq qoyub, 2-ci dünya müharibəsində döyüşmüşdür. Leninqradın müdafiəsində iştirak etmişdir.

Leninqrad Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, türk filologiyası bölməsini bitirdikdən sonra orada baş müəllim, Şərqşünaslıq fakültəsində dekanın müavini vəzifəsində işləmişdir.

Türk dili üzrə iki cildlik dərs vəsaitinin müəllifidir. 1962-ci ildə A.Boldıryevlə "Azərbaycan şairləri" kitabını nəşr etdirmişdir.

Əlli illik elmi fəaliyyəti dövründə 60-dan çox elmi əsəri çap olunmuşdur.

İki qızı, bir oğlu vardır.

Mükafatları

24 yanvar 1991-ci ildə Yüksək ixtisaslı mütəxəssislər hazırlanmasında xidmətlərinə görə ona "Azərbaycan SSR əməkdar ali məktəb işçisi" fəxri adı verilmişdir[1].

İstinadlar