Əfrasiyab Paşa oğlu Vəkilov (1920, Bakı – 2004) — Azərbaycan SSR əməkdar ali məktəb işçisi (1991). Görkəmli sovet türkoloqu, filoloq, Leninqrad Universiteti, Şərqşünaslıq fakültəsinin dekanının müavini. Rusiyanın fəxri ali məktəb işçisi "Azərbaycan SSR əməkdar ali məktəb işçisi" fəxri adı verilmişdir. "Vətən müharibəsi" ordeni, "Döyüş xidmətlərinə görə" medalı, "Leninqradın müdafiəsinə görə" medalı, "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı, "Əmək veteranı" medalı ilə təltif olunmuşdur. Səməd Vurğun və Mehdixan Vəkilovun əmisi oğludur. Yuxarı Salahlı kəndindəndir, Bakı şəhərində anadan olub.
Əfrasiyab Vəkilov | |
---|---|
Əfrasiyab Paşa oğlu Vəkilov | |
Doğum tarixi | 1920 |
Doğum yeri | |
Vəfat tarixi | 2004 |
Elm sahələri | filologiya, türkologiya, filoloq |
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbəri | Andrey Kononov |
Mükafatları |
|
1920-ci ildə anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır.
Moskva Aviasia Məktəbində təhsilini yarımçıq qoyub, 2-ci dünya müharibəsində döyüşmüşdür. Leninqradın müdafiəsində iştirak etmişdir.
Leninqrad Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, türk filologiyası bölməsini bitirdikdən sonra orada baş müəllim, Şərqşünaslıq fakültəsində dekanın müavini vəzifəsində işləmişdir.
Türk dili üzrə iki cildlik dərs vəsaitinin müəllifidir. 1962-ci ildə A.Boldıryevlə "Azərbaycan şairləri" kitabını nəşr etdirmişdir.
Əlli illik elmi fəaliyyəti dövründə 60-dan çox elmi əsəri çap olunmuşdur.
İki qızı, bir oğlu vardır.
24 yanvar 1991-ci ildə Yüksək ixtisaslı mütəxəssislər hazırlanmasında xidmətlərinə görə ona "Azərbaycan SSR əməkdar ali məktəb işçisi" fəxri adı verilmişdir[1].
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |